Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Müşfiqə həsr edilmiş sənədli film nümayiş olunacaq - Video

Azərbaycan Televiziyasında bu gün saat 21:30-da “Repressiya” adlı yeni layihənin təqdimatı olacaq.

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Repressiya” yeni mövsümdən ayda iki dəfə efirə gedəcək sənədli filmlər silsiləsidir.

İlk sənədli film 1937-ci il repressiyalarının qurbanı Mikayıl Müşfiqə həsr olunub.

Filmdə Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlar və yazıçının həbsi obrazlı şəkildə əks olunub. Bundan başqa, şairin həyat yoldaşı Dilbər Axundzadə ilə görüşü və iki müstəntiqə ifadəsi də filmdə improvizə olunub. Sonda isə şairin güllələnmə səhnəsi yer alıb.

“Repressiya”da Mikayıl Müşfiq obrazını Toğrul Rza, Dilbər Axundzadəni isə Kəbirə Həşimi canlandırıb. Sənədli filmin rejissoru və operatoru Elmir Süleymanov, ssenari müəllifi Kəmalə Mirzəyevadır. Montaj isə Mahir Rəhimova məxsusdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar