Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov İran səfiri ilə azad olunmuş sərhədyanı ərazilərindən danışdı

İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

PİA.az xəbər verir ki, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb.

Vurğulayıb ki, Azərbaycanİran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Son 7 ildə dövlət başçıları arasında 13 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib. Bildirilib ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və son təxribatları, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib, İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinə hörmət çərçivəsində həllinə dəstək verdiyini vurğulayıb.

Səfir Seyid Abbas Musəvi İranın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəklədiyini, hər cür seperatizmi pislədiyini vurğulayıb. İran səfiri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı olduğunu, həmçinin Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrasının iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Görüşdə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, investisiya, kiçik və orta sahibkarlıq, ticarət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.(Yeni Sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar