Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Microsoft Rusiya bazarını tərk etmir - Gizli şəkildə geri qayıdıb...

Microsoft Rusiya biznes bazarını tərk etmək istəmir. Şirkət sanksiyaya məruz qalmayan özəl şirkətlərə proqram təminatı üçün lisenziyaları yeniləməyi təklif edib...

Poliqon Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, ilin əvvəlindən 1000-ə yaxın təşkilat şirkətdən təklif alıb. Bazar iştirakçıları hesab edirlər ki, Microsoft bu yolla Rusiya bazarında mövcudluğunu qoruyub saxlamağa və piratlıq səviyyəsini azaltmağa çalışır.

Qəzet yazır ki, Microsoft rusiyalı müştərilərini itirmək istəmir, ona görə də Rusiyadakı filialnı bağlamır və proqram təminatına dəstək verməyin, onun yenilənməsini davam etdirməyin yollarını tapmağa çalışır.

Rusiya biznesi arasında Microsoftun məhsullarına tələbat hələ də yüksəkdir və proqram təminatı paralel idxal vasitəsilə qutulu versiyalarda təqdim olunmağa davam edir.

Xatırladaq ki, 2022-ci ilin martında Amerika korporasiyası Rusiyada yeni məhsul və xidmətlərin satışını dayandırsa da, mövcud müştəriləri dəstəkləməyə və orada ofislərini saxlamağa davam edir.

İyun ayında Microsoft biznesə təsir edən “iqtisadi perspektivlərin dəyişməsi” səbəbindən Rusiyadakı əməliyyatları əsaslı şəkildə dayandıracağını açıqlayıb. Bununla belə, korporasiya əmin edib ki, “onlar Rusiya müştəriləri ilə mövcud müqavilə öhdəliklərini yerinə yetirməyə davam edəcəklər”.

Oktyabr ayında “RosSMI” yazıb ki, Microsoft gizli şəkildə Rusiyaya qayıdıb və proqram təminatını endirimlə satır. Və dekabr ayında korporasiya ruslara Windows əməliyyat sistemini yükləmək imkanı verib.

Eyni zamanda, Microsoft Ukraynaya kömək etməkdə davam edir. Müharibə başlayandan bəri şirkətin ümumi yardımı 400 milyon dollardan çox olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar