Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank Qoşqar Təhməzlinin rəhbər olduğu şirkəti “vurdu”

Tibbi avadanlıqlarının satışı və texniki servisi sahəsində fəaliyyət göstərən “Medeks” MMC inzibati qaydada cərimə edilib...

Valyuta tənzimi qaydalarını pozulmasında təqsirli bilinən şirkət Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 221 avro cərimə edilib.

Mərkəzi Bank “Medeks” MMC barədə protokolu İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən tərtib edib.

Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin icraatındadır. Proses fevralın 19-a təyin edilib.

Qeyd edək ki,  əsas fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı və texniki servisi, eləcə də tibbi sərf məlzəmələrinin satişindan ibarət olan Medeks MMC-nin rəhbəri Qoşqar Təhməzli olub. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı şirkət” mükafatını qazanıb. Qoşqar Təhməzli isə şirkətin rəhbəri olaraq “Ən yaxşı top-menecer” adına layiq görülüb.

Q.Təhməzli 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Qida Təhlükəsizliyi Agentliyinin ötən il “Laborator sərf materiallarının satın alınması” üzrə elan etdiyi tenderin qalibi “Medeks” MMC olub. 12 iyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır. Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Ən çox oxunanalar