Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksikada 28 May qeyd olundu



Azərbaycanın Meksikadakı səfirliyində 28 May Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib


Bu barədə Trend-ə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən verilən məlumatda bildirilir.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən 28 May Respublika Günü münasibətilə Mexikoda tanınmış St. Regis ötelində rəsmi qəbul keçirilib. Tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə içtimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri, media nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən, Sovet hakmiyyəti illərində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsindəki xidmətlərindən danışıb. Dilpomat eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu işğal aktının mənfi fəsadlarından, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ölkəmizdə müasir dövlət quruculuğu yolunda aparılmış uğurlu dövlət siyasətindən - demokratik və sosial-iqtisadi islahatlardan da söz açıb.

Səfir sonra Azərbaycanın son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən də geniş bəhs edib.

Sonra tədbirdə Azərbaycanın son nailiyyətləri mövzusunda videotəqdimat nümayiş etdirilib.

Tədbirdə həmçinin cari ilin aprel ayında Meksikanın 5 şəhəri (Mexiko, Puebla, Tixuana, Mexikali, Ensenada) üzrə 9 universitetinin ("ANAHUAC SUR" , "ANAHUAC NORTE", "IBERO", "ITAM", "UDLA", "CETYS - Mexicali", "CETYS - Tijuana", "CETYS - Ensenada", "UTEL") tələbələri arasında "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə səfirliyin diplomlarının təqdimetmə mərasimi keçirilib.

Qəbulda Azərbaycanın müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənib, Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar