Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev: Ukraynalılara kilsəyə getmək imkanı verildi, lakin donuzların buna ehtiyac yoxdur…

Rusiyanın sabiq prezidenti ukraynalıları “donuz”, Avropanı isə “donuzxana” adlandırıb…

Dmitri Medvedyev: “Ancaq donuzların imanı və fitri minnətdarlıq hissi yoxdur. Onlar yalnız kobud qüvvəni başa düşürlər və zingildəyərək sahiblərindən yemək tələb edirlər”.

PİA.az xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin “Milad atəşkəsi”nə qoşulmaqdan imtina etməsini Ukraynalıları təhqir edərək şərh edib. O, bu barədə öz teleqram kanalında yazıb.

“Böyük bayramda ukraynalılara xristian mərhəmətinin əli uzadıldı. Onların rəhbərləri isə bunu rədd etdilər. Düşünürəm ki, XHƏ-də (Xüsusi Hərbi Əməliyyat) iştirak edən hərbçilərimizin əksəriyyəti əsas ukraynalı klounların Milad bayramında atəşi dayandırmaqdan imtina etməsini eşidəndə sakitcə nəfəs aldılar. Daha az problem və daha az hiyləgərlik”, deyə Medvedev teleqram kanalında yazıb.

Kilsəyə getmək imkanını itirmiş insanların əvəzinə təəssüf hissi keçirən Rusiyanın eks-prezidenti əlavə edib:

“Ancaq donuzların imanı və fitri minnətdarlıq hissi yoxdur. Onlar yalnız kobud qüvvəni başa düşürlər və zingildəyərək sahiblərindən yemək tələb edirlər. Donuzların təlim buna əsaslanır. Onların təlimini isə Qərb donuz təlimçiləri davam etdirəcək”.

Medvedev Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbokun da üstünə gedərək onu “savadsız alman nənəsi” adlandırıb:

“Burbok və bir sıra başqaları Avropa donuzxanasına baxaraq, atəşkəsin qəbuledilməzliyi barədə danışa bildilər. Yaxşı, nasistlərin varisləri heç vaxt nə insanlara, nə də heyvanlara aman vermirdilər. Onlar buna öyrəşməyiblər”, deyə Dmitri Medvedev fikrini yekunlaşdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ən çox oxunanalar