Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədət Quliyevin “öz balaca dünyası” — İndi də meylini yoqaya salıb...

Müdafiə sənayesi naziri Mədət Quliyev yenə öz ampulasındadır. Xeyr, söhbət Azərbaycanın müdafiə sənayesində hansı yeni silahların istehsalından, yaxud dünya silah bazarında payının artmasından getmir. Halbuki, Mədət Quliyevin adı gələndə mətbuat da, insanlar da müdafiə sənayesindən danışmalı, bu sahənin uğurlarını, yaxud çatışmazlıqlarını müzakirə etməlidir.

Amma və lakin...

Mədət Quliyev səlahiyyətində olan sahələrdən daha çox gah hansısa şou xarakterli addımları ilə gündəmə gəlir, gah da yenə şou sahəsinə aid mərasimlərdə boy göstərir. Müdafiə sənayesi naziri yenə eyni xarakterli addımla gündəmdədir.

Müdafiə Sənayesi Nazirliyinin rəsmi məlumatına görə, nazirlikdə yoqa mərkəzi açılıb. Bu addımı Prezident İlham Əliyevin təsdiq etdiyi “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə dövlət proqramı”na uyğun atdıqlarını bildirirlər. Yəni, yoqa mərkəzi açmalarını Prezidentin qərarı ilə əsaslandırırlar.

Sual yaranır. Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idmanın inkişafı üzrə dövlət proqramı”nın icrasına göstəriş verəndə “gedin yoqa mərkəzi açın” deyir?

Yaxud yoqanın Azərbaycanın idman sahəsinə hansısa aidiyyəti varmı?

Əgər Mədət Quliyev doğrudan da sırf sağlamlığı düşünürsə, niyə nazirlikdə fitnes mərkəzi yox, yoqa mərkəzi açır?!

Bununla da dövlət büdcəsindən ayrılan pulunu “tənəffüs texnikasının, şəxsi gigiyena və düzgün qidalanmanın tətbiqi və təbliğinə” xərcləyir...

Səbəbləri araşdıranda Mədət Quliyevin fəaliyyətinə baxmaq lazımdır. Çünki Mədət Quliyev adətən məsul olduğu sahədən çox, belə demək mümkünsə, əyləncə xarakterli addımları ilə gündəmə gəlib. Misal üçün, istənilən şəxs çıxıb küçədə “Mədət Quliyev kimdir?” soruşsa, “velosipedli nazir”, “gitaraçı nazir” cavabları ilə qarşılaşacaq. Yaxud zaman-zaman onu hansısa şou mərasimində modellə foto çəkdirdiyini görə bilərsiniz.

Bu məsələlərdə Mədət Quliyev tək də deyil. Onunla birlikdə oğlu Murad da atasından geri qalmır. Gah “Samuray” adlandırdığı qadın paltarında fotoları yayılır, gah modellərlə birlikdə gəzintilərdədir. Son addımlarından biri də model Mehin Hümbətova ilə birlikdə “it sığallamaq” olub. Onlar üçün gözəl dünyadır. Ata yoqa mərkəzi açır, oğul isə it sığallayır. Öz balaca dünyaları var...

Halbuki, indi Azərbaycanın gündəmi kifayət qədər qaynar və həssadır. Qarabağda əməliyyatlar keçirilir, cəbhədən şəhid xəbərləri gəlir, Murad Qulubəylidən fərqli olaraq, fədakar gənclərimiz Xankəndi-Laçın yolunda 100 gündən çoxdur yağış-qar demədən aksiya keçirir və faktiki olaraq, dövlət suverenliyimizin qorunması uğrunda hər bir qeyrətli vətəndaşımız mübarizə aparır.

Eyni zamanda İran sərhədimizdə qoşun toplayıb, hər gün Azərbaycanı təhdid edir, buna paralel olaraq, ölkəmizə qarşı hibrid müharibəsi aparır. İnformaisya cəbhəsində durmadan hücumlar təşkil olunur, molla rejimi Azərbaycana qarşı birbaşa terror hücumlarına əl atır. Bir neçə gün öncə deputat Fazil Mustafaya qarşı sui-qəsdə cəhd də belə xain addımlardan idi və istisna deyil ki, bu cür təxribatlar davamlı olacaq.

Bu hadisələri yaşadığımız günlərdə Prezident İlham Əliyev bütün cəbhələrdə döyüşə rəhbərlik edir və Azərbaycanı qoruyur.

Bəs Mədət Quliyev nə işlə məşğuldur?

Mədət Quliyev yenə öz aləmindədir. Oğlu “aləmlərə axır”, özü isə Prezidentin idman sahəsi ilə bağlı verdiyi tapşırığı əsas götürərək, yoqa mərkəzi açır. Adama deyərlər, heç hənanın yeridir?!

Ümumiyyətlə, son vaxtlar Mədət Quliyev faktiki olaraq, rəhbərlik etdiyi posta qeyri-adekvat addımları ilə gündəmə gəlir və əsas işini kənara atıb, öz dünyasını yaşamaqla məşğuldur. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə qarşı cəmiyyətdə çox ciddi ikrah və qəzəb yaradır. Bütün bunlar həm onun xarakterini qeyri-ciddiləşdirir, həm də rəhbərlik etdiyi əhəmiyyətli sahələri gözdən salır. Ümid edirik ki, cənab Mədət Quliyev tənqidlərdən nəticə çıxarıb, nəhayət ciddi işlərlə məşğul olacaq!(Demokrat.az)

Poliqon.info


Etiket: Mədət Quliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar