Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mayda əfv və ya amnistiya olacaq”


Hüquq müdafiəçisi Novella Cəfəroğlu prezidentin gələn ayın 10-u, ya da 28-i əfv fərmanı imzalayacağını deyir


Son günlər yazın vaxtlarda əfv olacağı haqda xəbərlər yayılıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu mayda Azərbaycan Avropa Şurasına sədrlik edəcək deyə ya əfv, ya da amnistiya olacağını ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. O, artıq siyasi məhbusların azadlığa çıxması üçün prezidentə müraciət məktubu göndərdiklərini deyib:

“Mayın 10-u, yaxud da 28-i ya amnistiya, ya əfv olacaq. Biz bir neçə hüquq müdafiəçiləri prezidentə əfv olunacaq məhbusların adlarını yazıb göndərmişik və xahiş etmişik ki, həmin insanlar azadlığa çıxsınlar. Təbii ki, həmin siyahıda NİDA-çıların, İlqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqlının, habelə həbsdəki jurnalistlərin adları var.”

N.Cəfəroğlu OMON-çuların da adının həmin siyahıda yer aldığını dedi: “OMON-çulara verilən 25 il cəza artıq bitmək üzrədir, 5 illəri qalıb. Biz prezidentə onların da azadlığa çıxmasını xahiş etmişik”.

Hüquq müdafiəçisi həbsdə olan islamçılardan da danışdı: “Baxmayaraq ki, biz islamçıları siyasi məhbus hesab etmirik, ancaq onların da adını ayrıca bir qrup şəklində yazıb, prezidentə  müraciət etmişik. Çünki onların məhkəmə prosesində qanun pozuntuları olub”.

Digər hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva mayın 28-ə kimi əfv olacağını dedi:

“Mayın 14-dən Azərbaycanın Avropa Şurasında sədrlik dönəmi başlayır. Yəqin mayın 28-ə kimi prezident əfv fərmanı imzalayar.  Biz  prezidentə bundan bir müddət öncə müraciət göndərmişik, birini də bu yaxınlarda göndərəcəyik. Biz hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Rəsul Cəfəroğlu və digərləri ilə danışdıq ki, prezidentə yeni bir məktub göndərək”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar