Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

May ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir...

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 10-15, bəzi günlərdə 17-20 dərəcə isti təşkil edəcək. Gündüzlər temperaturun 19-24, bəzi günlərdə 27-29 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-21 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında

orta aylıq temperaturun 16-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 9-14, gündüzlər 20-25, bəzi günlərdə 28-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 33-62 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 5-10, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 68-122 mm) gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperaturun 11-16, gündüzlər 20-25, bəzi günlərdə 28-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 7-12, gündüzlər 17-22, bəzi günlərdə 25-30 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 10-15, bəzi günlərdə 18, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı (norma 26-62 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 16-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperaturun

10-15, gündüzlər 18-23, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 41-72 mm) olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar