Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Avropada yeni təhlükəsizlik arxitekturası yaratmağa ümid edir...

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı dediyi sözlərdən sonra özünü “təcrid olunmuş vəziyyətdə” tapıb...

Poliqon xəbər verir ki, bu barədə rəsmiləri “Le Figaro” qəzeti yazıb. Bununla belə, Fransa rəsmiləri nəşrə bildiriblər ki, Parisin Moskvaya qarşı sərt ritorikası avropalıları yeni təhlükəsizlik arxitekturası yaratmağa cəlb etmək məqsədi daşıyan ətraflı hesablanmış addımdır.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin başçılarının Ukraynaya qoşun yeritmək imkanını müzakirə etdiklərini, lakin bu məsələ ilə bağlı hələlik razılığa gəlmədiyini bildirmişdi. Öz növbəsində Almaniya kansleri Olaf Şolts qeyd edib ki, Almaniya hakimiyyəti Ukraynaya hərbi əməliyyatlarda kömək üçün öz hərbçilərini göndərməyəcək. Digər NATO ölkələrinin, o cümlədən ABŞ-ın nümayəndələri də oxşar bəyanatlarla çıxış ediblər.

Fransız nəşri diqqəti ona yönəldir ki, bu yaxınlarda Emmanuel Makron davamlı olaraq Vladimir Putinə zəng vuraraq onu “ağlı başına gətirməyə” çalışırdı, indi isə o, “Avropanın sabitliyi üçün Rusiyanın məğlubiyyətinin təhlükəsizliyin açarı olacağından” danışır.

Nəşrin məlumatlı mənbələrinə görə Makronun kurs dəyişikliyinə həm Ukrayna ordusunun uğursuzluqları, həm də Moskvanın “düşmən hərəkətləri”, həmçinin ABŞ Konqresində Kiyevə yeni yardım paketinin bloklanması və Donald Trampın Ağ Evə qayıtması perspektivi təsir edib..

“Eyni zamanda, bütün Fransa prezidentləri bu və ya digər şəkildə Avropanın “strateji müstəqilliyi” ideyasına qayıtıblar. Buna baxmayaraq ki, Aİ müdafiənin NATO ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməli olduğuna əmindir”, deyə məqalədə bildirilir.

Lakin Trampın qalib gələcəyi təqdirdə NATO-nun zəifləməsi perspektivi fonunda Avropanın suverenliyini gücləndirməkdə israrlı olan Parisin təşəbbüsünün “yeni məna kəsb edəcəyinə” fransız diplomatlar əmindirlər.

Nəşr yazır ki, Fransa özünün “çəkindirmə sisteminə” milyardlarla avro sərmayə qoyur və indiki vəziyyətdə Emmanuel Makronun ideyaları avropalılar arasında daha populyarlaşa bilər.

Lakin nəşr etiraf edib ki, Avropanın “oyanışı” çox bahalı və uzun sürən prosesə çevrilə bilər, həm də Avropanın resursları qitənin təhlükəsizliyini faktiki təmin etmək üçün kifayət deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar