Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mağazası yandı, özünü də maşın vurdu



Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib


APA-nın cənub bürosunun məlumatına görə,  hadisə rayonun Kərgələn kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Rahim  İbadov idarə etdiyi minik avtomobili ilə həmkəndlisi, 48 yaşlı Kamil Rzayevi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı Kamil Rzayevə qapallı kəllə-beyin travması, sağ baldır sümüklərinin  orta üçdə bir hissəsinin yer dəyişmiş çox qəlpəli açıq sınıqları, sağ qolunun və bel nahiyəsinin  əzilməsi diaqnozu qoyularaq əməliyyat olunub.  Hazırda yaralının vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Lakin yaralı və qardaşı Qəhrəman Rzayev qəzanın qəsdən törədildiyini iddia ediblər. Onların  qənaətincə, Kamil öz maşınına oturarkən Rahim İbadov avtomobili bilərəkdən onun üzərinə sürərək ölümcül hala salıb.
 
Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətməkdə şübhəli bilinən Rahim İbadovun ilkin ifadəsi alınıb. Onun hadisəni bilərəkdən və  ya ehtiyatsızlıqdan törədildiyi araşdırılır.
 
Qeyd edək ki, 10 gün öncə, yanvarın 20-də Kamil Rzayevin Kərgəlan kəndində yerləşən avtomobil ehtiyat hissələri mağazasında yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan bir-birinə bitişik iki mağazadan biri tamamilə yanıb, digərinin isə tavan hissəsi qismən yanaraq yararsız vəziyyətə düşüb. Sonradan mağaza sahibi yanğının qəsdən törədildiyini və ona 30 min manat dəyərində maddi ziyanın dəydiyini iddia etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar