Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva beynəlxalq mükafata layiq görüldü


Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bu gün Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Jurnalın ölkə üzrə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin, bir sıra nazirlərin və digər şəxslərin müsahibələri yer alıb.

B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.

Sonra jurnalın baş redaktoru Leeland Rays son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. L.Rays bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. O bildirib ki, bu, Azərbaycan haqqında yazılanların bir hissəsidir.

Tədbir zamanı mükafatlar da təqdim olunub. "The Business Year" insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı "İlin beynəlxalq dialoqu" mükafatına layiq görüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar