Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leopard” tanklarının Ukraynaya verilməsinə tezliklə icazə veriləcək - Stoltenberg

Almaniyanın müdafiə naziri Boris Pistorius isə hələlik tankı idarə etmək üçün təlimlərə başlamağı tövsiyə edib…

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın yeni müdafiə naziri Boris Pistorius ilə birgə brifinqdə Ukraynaya “Leopard” tanklarının tədarükünə icazənin tezliklə veriləcəyini bildirib.

“Bu icazə verildikdən sonra silahlı qüvvələrinin arsenalında “Leopard” tankları olan bütün ölkələr onları Ukraynaya yollaya bilər”, deyə NATO-nun baş katibi Stoltenberq brifinqdə deyib.

Eyni zamanda, o, müttəfiqlərə hər kəs üçün rahat olan yekun qərarla bağlı məxfi danışıqlar aparmaq imkanı verilməsinin doğru olduğunu söyləyib.

Pistorius öz növbəsində bildirib ki, Ukrayna hərbiçiləri “Leopard” tanklarında təlimlərə başlaya bilərlər. O, mətbuat konfransında qeyd edib ki, “Berlin bu işlərə qarışmır”.

Pistorius əlavə edib ki, Almaniya tankların Ukraynaya verilməsi ilə bağlı icazə tezliklə veriləcək birgə qərardan sonra reallaşacaq.

Yens Stoltenberq Ukraynanı tez bir zamanda yeni silahlarla təmin etməyə çağırıb:

“Müharibənin bu həlledici məqamında biz Ukraynanı daha ağır və təkmil sistemlərlə təmin etməliyik və bunu daha tez etməliyik”, deyə NATO-nun Baş katibi vurğulayıb.

Onun sözlərinə görə, davamlı sülhün yeganə yolu “Putinə döyüş meydanında qalib gəlməyəcəyini başa salmaqdır” və buna görə də Ukrayna qüvvələri rusları geri oturtmalıdır.

“Sadəcə sağ qalmaq yox, qalib gəlmək, ərazini geri qaytarmaq və Avropada suveren müstəqil dövlət kimi mövcud olmaq. Ukraynanın qarşısında duran məqsəd budur”, deyə NATO rəhbəri brifinqdə bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ən çox oxunanalar