Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranskini dəfn edən axund: “Mərhumun üzünü görməsəydim…”

“Rövşən Lənkəranskinin üzünü görməmiş ona cənazə namazı qılınmazdı”


Bu barədə Unikal.org-a Rövşən Lənkəranskinin cənazə namazını qılan və onu dəfn edən QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib.

O vurğulayıb ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Rövşən Lənkəranskinin ölməməsi ilə bağlı yayılan məlumatlar şoudur və heç bir əsası yoxdur:

“Yayılan məlumatlar dezinformasiyadır. Boş-boş şou yaradırlar. Allah Rəhmət eləsin! Siz onun dəfnində insanların izdihamını da gördünüz. Hər halda biz cənazəni, mərhumun üzünü görmədən ona namaz qılmırıq. Belə bir “məlumatların” yayılmasına da ehtiyac yoxdur”.

Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan “Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.

lenkeranski-33metnddd

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar