Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi Laçın yoluna ətrafında yaranmış vəziyyətə görə öz hakimiyyətlərini günahkar hesab edir…
PİA.az xəbər verir ki, bu Gallup Beynəlxalq Assosiasiyasının Ermənistandakı törəməsi tərəfindən keçirdiyi sorğu nəticəsində ortaya çıxıb.
Təşkilat Ermənistan vətəndaşları arasında “Laçın dəhlizinin qarşısının alınmasına görə məsuliyyəti kim daşıyır?” mövzusunda sorğu keçirib.
Respondentlərin demək olar ki, 30 faizi (29%) məsuliyyətin tamamilə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
8 faizdən bir qədər çoxu (8,3 faiz) əmindir ki, indiki vəziyyətdə “Artsax hökuməti” günahkardır.
Ermənilərin daha 10 faizi hesab edir ki, mövcud vəziyyətin yaranmasında İrəvan, Xankəndi və digərləri günahkardır.
pia.az