Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT Ermənistanda hərbi təlim keçirir... - Bu təlimlər Azərbaycana qarşıdır?

Ermənistanla sərhəddə gərginliklər yaşadığımız bu günlərdə bu təlimin Azərbaycana qarşı gözdağı üçün keçiriləcəyini düşünmək üçün əsas varmı?..

Hərbi ekspert: “KTMT hərbi blok olaraq zaman-zaman üzvlərinin birinin ərazisində birgə təlimlər keçirir. Bu il də bu təlimlər keçiriləcək”.

“Biz 44 günlük Vətən müharibəsində tək Ermənistanı deyil, həm də KTMT-nin bəzi üzvləri tərəfindən sözün əsl mənasında tam əzmlə dəstəklənən Ermənistanı darmadağın etdik. Buna görə də bu təlimlərin keçirilməsi Azərbaycan üçün ciddi problem təşkil etmir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev bu il rus NATO-sunun Ermənistanda “Şimşək” kod adlı keçirəcəyi təlimin məqsədini PİA.az-a şərh edərkən qeyd edib.

KTMT-nin dünən yaydığı məlumatda bildirilib ki, bu il rus NATO-su Ermənistanda “Şimşək” kod adlı təlim keçirəcək. Artıq təlimlərin üzv ölkələrin Baş qərargahları ilə razılaşdırıldığı qeyd olunur.

Ermənistanla sərhəddə gərginliklər yaşadığımız bu günlərdə bu təlimin Azərbaycana qarşı gözdağı üçün keçiriləcəyini düşünmək üçün əsas varmı?

KTMT-nin Ermənistanda keçirəcəyi təlimi PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Bu təlimlərə sıradan bir təlimlər kimi baxılmalıdır. Amma aidiyyatı qurumlar da ayıq-sayıqlığı itirməməlidirlər”.

KTMT-nin blok olaraq Azərbaycana qarşı hərbi fəaliyyətlərə heç bir zaman xeyir-dua vermədiyini xatırladan ekspert PİA.az-a bildirib ki, dəfələrlə KTMT-ə müraciət olunsa da, bu müraciətlərə baxılmayıb:

“KTMT hərbi blok olaraq zaman-zaman üzvlərinin birinin ərazisində birgə təlimlər keçirir. Bu il də bu təlimlər keçiriləcək. Onsuz da biz 44 günlük Vətən müharibəsində tək Ermənistanı deyil, həm də KTMT-nin bəzi üzvləri tərəfindən sözün əsl mənasında tam əzmlə dəstəklənən Ermənistanı darmadağın etdik. Buna görə də bu təlimlərin keçirilməsi Azərbaycan üçün ciddi problem təşkil etmir. Çünki KTMT blok olaraq Azərbaycana qarşı hərbi fəaliyyətlərə heç bir zaman xeyir-dua verməyib. Dəfələrlə KTMT-ə müraciət olunsa da, bu müraciətlərə heç baxılmayıb da.

Buna görə də bu təlimlərə sıradan bir təlimlər kimi baxılmalıdır. Amma aidiyyatı qurumlar da ayıq-sayıqlığı itirməməlidirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar