Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Yeravanın anti-rus addımlarına qarşı niyə adekvat cavablar vermir?

Ermənistan hakimiyyəti Konstantin Zatulinin və Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub...

Politoloq: “Hər bir halda ölkəsi Rusiyadan asılı olan Paşinyan Putindən üz döndərirsə, bunun cavabı təbii ki, Moskvadan gələcək”.

Ermənistan gah Rusiyaya, gah Qərbə, gah İrana, gah da Hindistana təmas etməsini tək biz deyil, bütün dünya görür. Düşünürəm ki, Paşinyanın bu addımlarında konkret hədəflər olmadığına görə uğursuzluğa düçar olacaq”.

Bu sözləri politoloq Xəyal Bəşirov Kremlin Yeravanın anti-rus addımlarına qarşı adekvat cavablar verməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın Ermənistandakı maraqları kifayət qədər zərər görüb. Son olaraq Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin və RT kanalının baş direktoru, erməni əsilli Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub. Bu addımı ilə Ermənistan hakimiyyəti antirusiya mövqeyini davam etdirdiyini daha aydın şəkildə təsdiqlədi.

Bundan başqa Ermənistanın KTMT-dən çıxması bir müddətdir ki, ən yüksək səviyyədə müzakirə olunur. Maraqlıdır ki, anti-Rusiya mövqeyinə görə Ukraynaya qarşı sərgilədiyi aqressiyanı Ermənistana qarşı sərgiləmir. Moskva Yeravana qarşı daga səbrli mövqe nümayiş eddirir.

Bıs bunun səbəbi nədir? Kreml Yeravanın anti-rus addımlarına qarşı niyə adekvat cavablar vermir və Ermənistan-Rusiya münasibətlərinin gələcəyini necə görünür?

Ermənistanın dayanmadan atdığı anti-Rusiya addımlarını PİA.az-ın əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Növbəti mərhələdə Ermənistanın daxilində daha ciddi proseslərin olacağına şahid olacağıq”.

Ermənistanın Rusiyaya qarşı həyata keçirdiyi addımlarında Kremlin Ukraynadakı uğursuzluğunun da ciddi rol oynadığını düşünən politoloq PİA.az-a bildirib ki, Yeravanda həmişə fürsətcil siyasət yürüdüblər:

“Son zamanlar həm Rusiyadakı erməni lobbi təşkilatları, eyni zamanda ayrı-ayrı sahələrdə fəaliyyət göstərən, geniş imkanlara sahib olan ermənilər, o cümlədən Fransada, ABŞ-da olan erməni diaspor təşkilatları ilə Ermənistanın indiki hakimiyyəti arasında ciddi çatlar əmələ gəlib. Təbii ki, bu da baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində keçirdiyi görüşlərlə bağlıdır.

Həmçinin Ermənistan Rusiya münasibətlərində də ciddi problemlər var. İkinci Qarabağ müharibəsində Ermənistan Rusiyanı və KTMT-ni nə qədər müharibəyə cəlb etmək istəsə də, buna nail ola bilmədi. Müharibə bitəndən və Ermənistan kapitulyasiya aktını imzalayandan sonra Ermənistan bölgəyə yerləşdirilən rus sülhməramlılarına ümid etdi. Yerevan rus sülhməramlılarından Azərbaycan ordusuna qarşı qalxan kimi istifadə edəcəklərini düşünürdülər. Amma Ermənistanın bu istəyi də həyata keçmədi.

Rusiyadan ümidi kəsilən Ermənistan Avropaya üz tutmağa başladı. Buna görə də Rusiyada fəaliyyət göstərən erməni lobbi və təşkilatları da Ermənistanda hazırkı iqtidarın getməsinə çalışır. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra onsuz da, Rusiya ilə münasibətlərdə ciddi problemlər yaranmışdı. Paşinyan gah Rusiyaya tərəf , gah da Qərbə tərəf addım atır. Eyni zamanda Nikol Paşinyan ölkəsini Rusiyanın forpostu olmasından da çıxarmağa çalışır.

Xəyal Bəşirov: “Moskvanın başı Ukraynadan açılandan sonra Ermənistan yenə də bu yolla getsə, çox güman ki, Rusiya Yerevana qarşı ciddi addımlar atacaq”.

İndi də Ermənistan KTMT-dən çıxmaqla bağlı fikirlər səsləndirilir. Düşünürəm ki, Ermənistanın Rusiyaya qarşı həyata keçirdiyi addımlarında Kremlin Ukraynadakı uğursuzluğu da ciddi rol oynayır. Yeravanda həmişə fürsətcil siyasət yürüdüblər. Yerevan bu gün Rusiyanın Ukraynadakı uğursuzluğundan istifadə edib, Rusiyanın nəzarətindən çıxmaq istəyir. Amma çətin ki. bu baş tutsun. Bunu Rusiyada da yaxşı başa düşürlər.

Rusiyanın başı Ukraynaya qarışdığından və başqa problemlərə ciddi diqqət ayıra binmədiyinə görə, Ermənistan da bundan istifadə edir. Amma Moskvanın başı Ukraynadan açılandan sonra Ermənistan yenə də bu yolla getsə, çox güman ki, Rusiya Yerevana qarşı ciddi addımlar atacaq. Hər bir halda ölkəsi Rusiyadan asılı olan Paşinyan Putindən üz döndərirsə, bunun cavabı təbii ki, Moskvadan gələcək.

Xəyal Bəşirov: “Ermənistanın anti-Rusiya addımlarına ilkin variant kimi Putinı səviyyəsində qiymət veriləcəyini düşünürəm”.

Bu ayın sonunda həm Ermənistan, həm də Azərbaycan liderləri Soçiyə dəvət edilib. Bu görüşdə keçmiş münaqişə ilə bağlı olan məsələlər müzakirə ediləcək. Eyni zamanda düşünürəm ki, orada rəsmi İrəvanın addımlarına da münasibət bildiriləcək. İki tərəfli görüşdə Vladimir Putin Nikol Paşinyanla bu məsələləri müzakirə edəcək. Yəni Ermənistanın anti-Rusiya addımlarına ilkin variant kimi Putin səviyyəsində qiymət veriləcəyini düşünürəm.

Hər bir halda Ermənistan gah Rusiyaya, gah Qərbə, gah İrana, gah da Hindistana təmas etməsini tək biz deyil, bütün dünya görür. Düşünürəm ki, Paşinyanın bu addımlarında konkret hədəflər olmadığına görə uğursuzluğa düçar olacaq. Növbəti mərhələdə Ermənistanın daxilində daha ciddi proseslərin olacağına şahid olacağıq. Hətta Ermənistan dövlətinin ciddi təhlükə qarşısında olduğunuı görməmək mümkün deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar