Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusu tamamilə məhv etmək üçün çarə tapıldı

ABŞ-ın Nyu-York şəhərində yerləşən Rokfeller Universitetinin alimləri koronavirusdan sağalan xəstələrdə COVID-19-a təkrar yoluxmanın qarşısını ala bilən antitellər müəyyən ediblər...

Tədqiqatın nəticələri "bioRxiv" elmi nəşrində dərc olunub.

Alimlər sübut ediblər ki, koronavirusun yayılmasını dayandıra biləcək peyvənd hazırlamaq mümkündür.

Təcrübədə koronavirusdan sağalan 149 xəstə iştirak edib. Onların hamısı antitellər və immun B hüceyrələri olan qan plazması bağışlayıblar. Məhz B hüceyrələri antitel istehsal edir. Plazma zərərsizləşdirilmiş koronavirusla birləşdirilib.

Tədqiqat nəticəsində alimlər təcrübədə iştirak edənlərin 33 faizində plazmanın neytrallaşdırma qabiliyyətinin müəyyən olunmuş səviyyələrdən aşağı olduğunu aydınlaşdırıblar.

Elm adamları inanırlar ki, anadangəlmə immunitet səbəbi ilə bu insanlarda elə ilk mərhələdə orqanizm virusu məhv edib. Mütəxəssislər virusun təsirini effektiv şəkildə aradan qaldıran 40 antitel müəyyən ediblər.

Lakin bütün diqqətləri hətta aşağı konsentrasiyalarda virusu zərərsizləşdirən üç antitelə yönəldiblər. Hazırda onlar klonlaşdırılıb və klinik tədqiqatlara hazırlanır.(Oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar