Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyevə dron zərbələri nəticəsində ölənlərin sayı artıb - Yenilənib

37 kamikadze dron vurulub...

Bu gün səhər saatlarında Rusiyanın kamikadze dronlarının Kiyevə hücumu nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb

Kiyevdə xilasetmə əməliyyatları zamanı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib. 4 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Dövlət Xidmətindən 76 nəfər və 16 texnika cəlb olunub”, - məlumatda qeyd olunub.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat isə bildirib ki, Ukrayna hərbçiləri 43 kamikadze drondan 37-ni vurub. Onun sözlərinə görə, PUA-ların hamısı cənubdan Ukrayna səmasına buraxılıb.

***

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasından bildirilib.

***

Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.

V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumundan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində Kiyevdə inzibati bina yanıb.

İtki olub-olmaması barədə hələ məlumat yoxdur.

***

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar