Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev 2008-ci ildə Gürcüstana verdiyi BUK-ları geri istəyib, Tbilisi imtina edib

Ukrayna 2008-ci il müharibəsi zamanı Gürcüstana yardım olaraq yolladığı Buk komplekslərini geri istəyib, Tbilisi isə Kiyevin bu xahişini rədd edib…

PİA.az xəbər verir ki, bunu “European Pravda”ya Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov deyib.

Kasyanov bildirib ki, gürcü tərəfi Ukraynanın bu istəyini Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək cəhdi kimi dəyərləndirib və istəyə rədd cavabı verib. Ukrayna isə Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək cəhdi ilə bağlı hər hansı ittihamı rədd edib.

Ukrayna tərəfi Gürcüstandan 2008-ci ildə Rusiya ilə müharibə zamanı yardım olaraq verilmiş “Buk” zenit-raket komplekslərini geri tələb edib. Lakin Tbilisi Kiyevə hərbi yardım göstərməkdən qəti şəkildə imtina edib.

Kasyanovun sözlərinə görə, Rusiyanın tammiqyaslı işğal müharibəsi başlatmasından sonra Kiyev silah tədarükünə həyati ehtiyac olduğunu açıq şəkildə bəyan edib və buna görə də əvvəllər Gürcüstan tərəfinə verilmiş “Buk” hava hücumundan müdafiə sisteminin geri verilməsini xahiş edib.

Gürcüstanın imtinasına baxmayaraq, ukraynalı diplomat vurğulayıb ki, Kiyev bu vəziyyətdən daxili siyasi mübahisələrdə istifadə edilməsinə qarşıdır.

“Gürcüstan hökumətinin hərbi yardım göstərməkdən qəti şəkildə imtina etməsinə baxmayaraq, Ukrayna bu məsələnin daxili siyasi mübahisələrdə istifadə edilməsinə qarşıdır”, deyə Kasyanov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Gürcü arzusu” parlament fraksiyasının nümayəndəsi Mamuka Mdinaradze bildirib ki, Mixail Saakaşvilinin Ukraynadan Gürcüstana göndərilməsi Tbilisini Rusiyaya qarşı müharibəyə cəlb etmək və ölkə daxilində parçalanma təşkil etmək üçün xüsusi əməliyyat olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar