Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kataloniyanın şəhərlərində etirazlar zamanı 52 nəfər xəsarət alıb -Yenilənib,Video

Barselonada  keçirilmiş etiraz aksiyasında 52 nəfər xəsarət alıb...

Barselonanın mərkəzində keçirilmiş və iğtişaşla yekunlaşmış etiraz aksiyasının gedişatında azı 52 nəfər xəsarət alıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə yerli "El Pais" qəzetinin internet portalı məlumat yayıb.

Məlumata görə, aksiya zamanı baş vermiş qarşıdurmalarda 32 nəfər Barselonada, 10 nəfər Leydedə, 5 nəfər Jironda xəsarət alıblar. Aksiya zamanı həmçinin Sils, Sallent, Manresa və Tarraqona şəhərlərinin də sakinləri xəsarət alıblar. Xəsarət alanlar arasında yetkinlik yaşına çatmayan 1 nəfər də var. O, kəllə-beyin xəsarəti ilə xəstəxanaya müraciət edib.

Aksiyanın gedişatında Kataloniyanın polis xidmətinin əməkdaşları zorakılıq hərəkətlərinə görə azı 20 nəfəri saxlayıblar.

Qeyd edilir ki, aksiyada 22 mindən çox nümayişçi iştirak edib. Yelri RTBE telekanalı isə bildirib ki, etirazlar zamanı 10-dan çox avtomobil yandırılıb.

***01:33

Barselonanın mərkəzində keçirilmiş və iğtişaşla yekunlaşmış etiraz aksiyasının gedişatında azı 11 nəfər xəsarət alıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə "La Vanguardia" qəzeti bildirib.

Məlumata görə, aksiya şəhərin mərkəzində, Kataloniya hökuməti yanında Daxili İşlər Departamentinin binası yaxınlığında keçirilib.

Nümayişçilər polislərə böyük daşlar və pirotexniki vasitələr atmağa başlayıblar. Aksiya zamanı daha 1 nəfər saxlanılıb.

Üzü bağlı şəxslər küçələri bağlamağa və zibil yeşiklərini yandırmağa davam ediblər. İlkin məlumata görə, 5-dən çox avtomobil yanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı dəfələrlə güc tətbiq ediblər. Etirazların gedişatında həmçinin "Telemadrid" telekanalının operatoru zərər çəkib.

pia.az


Etiket: Barselona aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar