Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əsədov: “Dövlət İmtahan Mərkəzi imtahanlardan böyük vəsait qazanır”

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv olunduqdan sonra publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yarandı. Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Maraqlı məqam ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsələr belə, vətəndaşlar yenə də 3 manat ödəyirdilər. İndi isə qeyd edirlər ki, guya DİM yaranana qədər hər şey pulsuz idi. Xeyr, insanlar o zaman da qəbul və sınaq imtahanlarında iştirak etmək üçün pul ödəyirdilər. Sadəcə, DİM yarandıqdan sonra bu məbləğlər ciddi şəkildə artırıldı. Qeyd edək ki, bakalavr səviyyəsində sınaq imtahanları və qəbul imtahanlarına giriş kartı 40 manat, magistratura səviyyəsində isə qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manat təşkil edir. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz o məhsulu vermirsiniz. Bu, birinci uyğunsuzluqdur. İkincisi də, əlbəttə ki, qəbul imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərcdir. Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Yoxlayan ekspertə isə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasının vərəqinin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul xərclənir. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır axı...”

Bunu Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, bir sual kitabçası düzəldilir, imtahanda isə 40 min nəfər iştirak edir: “Sınaq imtahanında 30 min nəfərdən çox şəxs iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz. Burada kifayət qədər ciddi rəqəm var. İmtahanda 40 min nəfər iştirak edirsə, sayı 40 manata vurun və görün ortaya hansı məbləğ çıxır... Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik sınaq imtahanında istifadə olunan test tapşırıqları da yeni deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır. Qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiymətini 10 manatdan artıq etməməlidirlər. Təhsilə xidmətdən söhbət gedirsə, bu, 10 manatı keçə bilməz. Qəbul imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur. Bu da doğru hal deyil. Qəbul imtahanlarının qiyməti 6 il ərzində 20 dəfəyə yaxın artıb. Belə ki, 2016-cı ilə qədər sınaq imtahanı 2, 2018-ci ildə 20, 2020-ci ildə 40, 2022-ci ildə 45 və 50 manat oldu. Səbəb? Heç bir halda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq, sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti isə 20 manatdan çox ola bilməz. Düzdür, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində “dövlət” sözü var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay