Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əsədov: “Bu il ali məktəblərə qəbulda imtahan nəticələri ciddi şəkildə aşağı düşəcək” - Foto

“Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı mənzərə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək”

Bu fikirləri təhsil eksperti Kamran Əsədov səsləndirib.

Onun sözlərinə görə, imtahanın modeli hələlik bəlli olmadığından abituriyentlərin nəticələrinə də mənfi təsir göstərə bilər:

“Bildiyiniz kimi, 2019-cu ildə ali məktəblərə qəbul imtahanları tamamilə yeni formatda keçiriləcək. İndiyədək keçirilmiş imtahanlardan tamamilə fərqli bir imtahan prosesi bizi gözləyir. Ən ciddi dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanlarında istifadə olunan test modelləri tamamilə fərqlidir. Əvvəllər yalnız qapalı tipli test modelləri var idisə, indi açıq tipli, uyğunluğun gözlənilməsi tipli test tapşırıqları, dinləmə tələb edən suallar, situasiya tipli test tapşırıqları var. Bunların qiymətləndirilməsi ilə bağlı, onlara verilən cavabların şablon olub-olmaması ilə bağlı abituriyentlər və valideynlər arasında ciddi şəkildə narahatlıq var. Etiraf edək ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarının nəticələrində artım müşahidə edirdiksə, gördüyümüz mənzərə 2019-cu ildə ciddi şəkildə dəyişəcək, nəticələr aşağı düşəcək. Biz bunu ona əsasən deyirik ki, 2017-ci və 2018-ci illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanları keçirilərkən orada uşaqların 30 minə yaxını ana dilindən 2 qiymət almışdı. İki il öncə 2 qiymət alan şagirdlər indi abituriyent olaraq imtahan verəcəklər. Təsəvvür edin ki, onlar əvvəl 2 fəndən imtahan vermişdilərsə, indi fənlərin sayı 5-ə qədər çoxalıb”.

Ekspertin sözlərinə görə, abituriyentləri üçün yeganə müsbət məqam bu il rəqabətin nisbətən zəif olacağı və plan yerlərinin artırılmasıdır:

“Əvvəllər sadə suallar verilirdi. Bu isə o deməkdir ki, həmin şagirdlərin iki ildə ciddi nailiyyət əldə etməsi mümkün deyil. Çünki bizdə tədrisin keyfiyyəti aşağıdır, bizim müəllimlərimiz özləri 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının modelinə tam hazır deyillər. Bu barədə bilmirlər, ənənəvi formada tədrisi qururlar. Dövlət İmtahan Mərkəzi Sınaq imtahanlarını keçirir, ancaq bu imtahanların özü belə 2019-cu il modelinə uyğun deyil, çünki qiymətləndirmə meyarları və standartları, ballar mümkün deyil. Bu problemdir. Mən builki abituriyentlərlə danışanda deyirəm ki, sizin bir tərəfdən bəxtiniz gətirib, bu qaydalar ilk dəfə tətbiq olunacaq və sizə güzəşt nəzərdə tutulur. Keçid balının konkret olaraq hər hansı bir rəqəm olması mümkün deyil. Rəqabət aşağı olacaq və yekunda sizin imkanlarını artacaq. Ondan başqa bu il qəbul imtahanında plan yerləri 10 faiz artırılacaq. Ancaq bəxtiniz ona görə gətirməyib ki, ilk qurban siz olacaqsınız, bilmirsiniz ki sizi nə gözləyir”.

K.Əsədov abituriyentlərə DİM-in resurslarından istifadə etməyi və sınaq imtahanlarında sualların modelinə diqqət yetirməyi məsləhət gördü:

“Mən bütün abituriyentlərə səslənirəm ki, problemdən yeganə çıxış yolu hər hansı hazırlıq kursunun, müəllifin yazdığı imtahan materiallarına baxmasınlar, mütləq şəkildə dövlət imtahan mərkəzinin sinif testlərinə, test bankına, Abituriyent 1 jurnalının nümunəsinə baxsınlar ki, ən azından orada dövlətin necə imtahan keçirəcəyi bəlli olacaq. Fevral ayının 10-da növbəti sınaq imtahanı keçiriləcək. Orada sualların modelinə baxsınlar. Ən ciddi problem test tapşırıqlarının modeli ilə bağlıdır. Abituriyentlər dediyimiz bu yolla getsələr, fiaskoya uğramayacaqlar, nəticələri yaxşıya doğru dəyişəcək. İlk növbədə orta məktəb dərsliklərindən və Dövlət İmtahan Mərkəzinin testlərindən istifadə etsinlər. Bu dəqiqə nə keçid balı müəyyənləşib, nə qiymətləndirmə meyarları konkret olaraq müəyyən olunub. Situasiya tipli test tapşırıqlarının formatı hələ də bəlli deyil. Ona görə də, hələ ki, ənənəvi formatda olan DİM resurslarından istifadə etsələr nəticə yaxşı olacaq”. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Ən çox oxunanalar