Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jukovun ölümdən qurtardığı, marşal etdiyi Konyev – o, öz hamisini “Pravda”da “ifşa edib”

“Qələbə marşalı” adı ilə tarixə düşən Georgi Jukov sovet-alman müharibəsi illərində faşist Almaniyasının həmlələri ilə tez-tez üzləşib. Jukov bu həmlələri təbii və müharibə qanunları kimi qəbul edib. Amma marşala qarşı hücumlar müharibədən sonra da səngiməyib. Bu dəfə o, sovet liderlərinin təzyiqlərinə məruz qalıb. İstər İosif Stalin, istərsə də Nikita Xruşov son məqamda Jukova qarşı böyük haqsızlıq və ədalətsizlik ediblər.

Dəmir iradəyə malik marşal isə siyasi liderlər qarşısında heç vaxt əyilməyib, qürurunu sındırmayıb. Yalnız bir nəfərin, birlikdə ağır döyüş yolları keçdiyi marşal İvan Konyevin xəyanəti Jukovu mənəvi cəhətdən sarsıdıb.

Yüksək rütbəli hərbçilər arasında İvan Konyev nüfuzlu marşallardan olub. Amma o, bu nüfuzu kimin hesabına qazandığını tez unudub. Hətta Konyev Jukovun onu güllələnməkdən necə xilas etdiyini də yaddan çıxarıb. Belə ki, 1941-ci ilin sentyabr-oktyabr aylarında İvan Konyev Cənub cəbhəsinin komandanı vəzifəsində xidmət edib. Bu ərəfədə onun rəhbərlik etdiyi Vyazem əməliyyatı böyük uğursuzluqla nəticələnib. Əməliyyatda 700 mindən artıq sovet döyüşçüsü həlak olub və itkin düşüb.

Əməliyyat “Vyazem” faciəsi adı ilə Dövlət Müdafiə Komitəsində müzakirəyə çıxarılıb. 7 saatdan artıq davam edən müzakirələrin sonunda Stalin əməliyyatın araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılması haqqında əmr imzalayıb. Komissiyaya Dövlət Müdafiə Komitəsinin üzvləri, Vyaçeslav Molotov və Kliment Voroşilov rəhbərlik ediblər. Komissiyanın əldə etdiyi nəticələrə görə Konyevi güllələnmə cəzası gözləyib. Ancaq Jukov buna imkan verməyib, o, Stalinin qəbuluna gələrək məsələni yumşaltmağa cəhd edib. Stalinin köməkçisi Poskrebışev sonralar yazdığı xatirələrdə həmin görüşü belə xatırlayıb:

“Jukov mənə zəng vurub Stalinlə görüşmək istədiyini bildirdi. Adətən görüşləri qeydə alarkən hansı məsələ ilə bağlı olduğunu da soruşurdum ki, Stalinə məruzə edəndə ortaya əlavə sual çıxmasın. Jukov görüşün məqsədini açıqlamadı, yalnız şəxsi məsələ olduğunu bildirdi. Mən Stalinə məruzə etdim və iki saatdan sonra Jukov onun yanına gəldi. Həmin görüş zamanı mən də kabinetdə idim, Stalinin göstərişi ilə sənədlərlə məşğul olurdum, çıxmaq istəyəndə, o, əli ilə işarə etdi ki, oturum. Jukov birbaşa mətləbə keçdi:

Yoldaş Stalin, biz Konyevi güllələməklə peşəkar bir hərbçini itirmiş oluruq. Onsuz da orduda peşəkarların sayı çox deyil.

Gerogi Konstantinoviç, bəs nə təklif edirsiniz? Bir milyona yaxın insanı məhv edən komandanın rütbəsini artıraq? Bunun adı xəyanət olar.
Konyev Vyazem əməliyyatında başqa cür qərar çıxarsaydı, itkilər daha çox olardı. Həm də bununla yanaşı daha böyük ərazilərə nəzarət almanlara keçərdi. Mən bir hərbçi kimi sizi əmin edirəm ki, Konyevin bu əməliyyatda ikinci bir variantı olmayıb və o, düzgün qərar çıxarıb. Siz ona yenidən şans verin, Konyev ordumuz üçün lazımlı mütəxəssisdir.

Stalin bir xeyli düşündü. Jukovun qətiyyətli ifadələri onun ağlına batmışdı. Daha doğrusu, Jukov onu inandıra bilmişdi. Ani sükutdan sonra Jukov Stalinə təklif verməyə də özündə cürət tapdı:

Yoldaş Stalin, Konyevi mənə müavin təyin edin.
Stalin Jukovun bu təklifinə bir cümlə ilə cavab verdi:

Sənədləri hazırlayıb təsdiqə gətirsinlər...”


Beləliklə, Stalin Konyevi ölümdən xilas edərək öz himayəsinə götürüb. Müharibənin sonrakı illərində Konyev ona göstərilən etimadı doğruldub, uğurlu hərbi əməliyyatlara imza atmaqla Stalinin sevimli generallarından birinə çevrilib. 1944-cü ildə Stalin Konyevə marşal rütbəsi də verib. Bu məsələdə də Jukov fərqli bir formada Konyevə köməklik edib.

1944-cü ilin fevralın 20-də Konyevin marşal rütbəsi alması ilə bağlı sərəncam imzalandıqdan sonra, ona bildiriblər ki, bir neçə gündən sonra Stalinin qəbuluna çağrılacaq. Həmin vaxt marşal rütbəsi (mundirə taxılan rütbə) əl ilə düzəldilib. Yəni konveyer üsulu ilə istehsal olunmayıb. Bu da kifayət qədər vaxt tələb edib. Konyev general rütbəsində Stalinin qəbuluna getməsinin başqa cür anlaşılacağı haqqında da düşünüb. Bundan xəbər tutan Jukov öz marşal rütbələrini Konyevə göndərib, onu vəziyyətdən çıxarıb.

Jukovla Konyevin arasında dostluq münasibətləri hökm sürüb, müharibədə səngərləri bölüşən marşallar tədbirlərdə tez-tez görüşüblər, rəsmi və qeyri-rəsmi ziyafətlərdə bir-birlərinin şərəfinə qədəhlər də qaldırıblar. Amma bu münasibətlərə baxmayaraq, Konyev Jukova xəyanət etməkdən çəkinməyib.

3 noyabr 1957-ci ildə Xruşovun təklifi ilə Konyevin “Pravda” qəzetində geniş məqaləsi dərc olunub. Konyev məqalədə Jukovun partiya prinsiplərinə zidd getdiyi, siyasi fəallığını itirdiyi, hərbi çevrilişə cəhd etdiyi haqqında fikirlərini bildirib. Konyev müdafiə nazirinin birinci müavini postunu özündə saxlamaq, hətta bir pillə də yuxarı qalxmaq üçün Xruşovun bütün göstərişlərini canla-başla icra edib.

Jukov isə əksinə, onun müdafiə naziri postundan getməsi məsələsi öz iştirakı ilə müzakirə olunanda müaəffər marşal özündən sonra bu vəzifədə İvan Konyevi görmək istədiyini bildirib. Jukovun bu hərəkəti Konyevə olduqca pis təsir edib. Marşal Konyev çox keşməmiş Jukova xəyanətini öz həyatında ən yanlış addım sayıb və bu hərəkətinə görə ondan üzr istəyib.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar