Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç zavodu Ukrayna üçün gecə-gündüz mərmi istehsalına keçir

Norveç-Finlandiya sursat istehsalçısı "Nammo" İsveçdəki müəssisəsində beş növbəli mərmi istehsalına keçir. Bu yolla şirkət faktiki olaraq sursatların gecə-gündüz istehsalına başlayır...

Poliqon xəbər verir ki, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun Helsinkidəki analitik mərkəzinin əməkdaşı Minna Alander X sosial şəbəkəsində belə bir qərarın əsas səbəbi kimi Ukraynaya dəstək olduğunu yazıb.

Eyni zamanda, bəzi digər Avropa müəssisələrinin də yeni qrafikə keçdiyi vurğulanır.

"Fransız "Eurenco" şirkəti də Karlskoqada eyni şeyi edir", deyə Alander qeyd edib.

"Nammo" obyektində istehsal 2022-ci ildən bəri iki dəfə artsa da, bu, hələ də Ukraynanın sursat xərclərini qarşılamaq üçün kifayət deyil. "Nammo" bir neçə il ərzində tələb olunan istehsal həcminə çatmağı planlaşdırır.

Qeyd edək ki, "Nammo" və ya "Nordic Ammunition Company" 1998-ci ildə yaradılıb. Sursat, reaktiv mühərriklər və kosmik avadanlıqlar istehsal edən Norveç-Finlandiya birgə şirkətidir. İsveçlə yanaşı, "Nammo" bölmələri Finlandiya, Norveç, Almaniya, İsveçrə, İspaniya, Avstriya, ABŞ və Kanadada yerləşir.

Əvvəllər məlum olmuşdu ki, 2023-cü ildə Ukrayna ötən illə müqayisədə 3 dəfə çox artilleriya mərmisi istehsal edib. Eyni zamanda minaatanların istehsalı 42 dəfə artıb.

Həmçinin ilin sonunda Ukraynanın Amerikanın iki aparıcı şirkəti ilə 155 mm-lik mərmilərin birgə istehsalına dair razılığa gəldiyi bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar