Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Gələcəyimiz naminə-Narkotikə yox deyək” adlı tədbir keçirildi

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan İstiqlal muzeyində 19 aprel saat 12:00-da “ Gələcəyimiz naminə-Narkotikə yox deyək” adlı tədbir keçirildi.

Narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.

Tədbirdə Səbail rayonu Gənclər və İdman İdarəsinin gənclər üzrə aparıcı məsləhətçisi Həmid-Xan Tahirli, Bakı Şəhər Narkoloji Mərkəzinin həkim narkoluqu- Aytən Nadirli, psixoloq Vəfa Əkbər insanların sağlamlığını , həyatını ciddi təhlükə altına alan narkomaniyanın qarşısını almaq istiqamətində maarifləndirici çıxışlar etdilər. Tədbir zamanı psixoloq Vəfa Əkbər tərəfindən iştirakçılar üçün proektiv metodika keçirildi.

Qeyd edildi ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Tədbirdə “1Könüllü”, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar