Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin Qəzzanın cənubuna endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb

İsrail ordusu Qəzza zolağının Rəfah şəhərində bir neçə evə zərbələr endirib...

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum edib.

Poliqon xəbər verir ki, məlumatı Qətərin Al Jazeera telekanalı yayıb. Telekanalının məlumatına görə, hücum nəticəsində azı 25 nəfər həlak olub. İsrail hərbçiləri şəhərdə bir neçə yaşayış binasına zərbələr endirib. Qurbanların dəqiq sayı məlum deyil, dağıntılar altında insanlar ola bilər.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, Qəzza zolağında hərbi əməliyyatlar və İordan çayının qərb sahilində silahlı toqquşmalar başlayandan bəri 19 088 nəfər həlak olub. Departament öz hesabatında Qəzza zolağında İsraillə münaqişə nəticəsində həlak olanların təxminən 70%-nin qadın və uşaqlar olduğunu vurğulayıb. O da qeyd olunur ki, hərbi əməliyyatlar başlayandan bəri təxminən 54 450 nəfər yaralanıb.

Fələstinin Səhiyyə Nazirliyi vurğulayıb ki, hazırda anklavda cəmi 11 xəstəxana fəaliyyət göstərir. Qəzzanın şimalında fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı vəziyyət daha da mürəkkəbdir, orada yalnız bir xəstəxana qismən fəaliyyət göstərir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar