Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail prezidenti: Ölkədə sosial kollaps gözlənilir...

İsrail prezidenti İshaq Hersoq ölkənin “sosial və konstitusiya çöküşünün” astanasında olduğunu bildirib...

Poliqon.info İsrailin Times of Israel nəşrinə istinadən xəbər verir ki, Hersoq hökumətin elan etdiyi məhkəmə islahatına görə kütləvi etirazlar fonunda emosional çöküşün qaçınılmaz göründüyünü deyib.

“Mən hiss edirəm, hamımız toqquşmadan, hətta şiddətli toqquşmadan bir an əvvəl olduğumuzu hiss edirik. Barıt çəlləyi partlamağa, qardaş isə qardaşa əl qaldırmağa hazırdır. Xahiş edirəm, hər birinizə yalvarıram, israilli bacı və qardaşlarım: xarici təhlükə kifayət qədər böyükdür. Hər hansı zorakılıq, xüsusən də dövlət qulluqçularına və seçilmiş məmurlara qarşı zorakılıq, heç bir halda keçməməli olduğumuz qırmızı xəttdir” deyə İsrail prezidenti bildirib.

İshaq Hersoq qeyd edib ki, o, hökumətin təklif etdiyi islahatın mahiyyətindən dərin narahatdır, çünki bu, dövlətin demokratik əsaslarına zərər verə bilər.

“Bir çox israilli qorxur ki, təklif olunan dəyişikliklər mövcud nəzarət və tarazlıq sistemini məhv edəcək”, deyə Herzog vurğulayıb. Onun sözlərinə görə, bu təhlükəyə göz yummaq olmaz.

Eyni zamanda, prezident Ali Məhkəmə də daxil olmaqla, məhkəmə sistemində daha çox müxtəlifliyin zəruriliyini vurğulayıb. Onun fikrincə, fikir ayrılıqlarını aradan qaldırmaq üçün tərəflər arasında kompromis razılaşması əldə etmək lazımdır. İshaq Hersoq xüsusilə Knessetin (İsrail parlamenti) Konstitusiya Komitəsinin sədrini məhkəmə-hüquq islahatları haqqında qanun layihəsini əvvəlcədən planlaşdırıldığı kimi fevralın 13-də səsverməyə çıxarmamağa çağırıb.

Baş nazir Benyamin Netanyahunun hökuməti tərəfindən hazırlanan məhkəmə islahatı parlament çoxluğunun Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarəti ələ alacağını nəzərdə tutur. Eyni zamanda, sənədə əsasən, Ali Məhkəmənin özü Nazirlər Kabinetinin qanundan kənara çıxan qərarlarını ləğv etmək hüququnu itirəcək.

İsrail hakimiyyətininbu təşəbbüsü ölkədə yanvarın əvvəlindən başlayan kütləvi etirazlara səbəb olub. Nümayişçilər islahatın məhkəmənin müstəqilliyini məhv edəcəyinə inanırlar.

Baş nazir Benyamin Netanyahu yanvarın sonunda bildirib ki, ictimai etirazlara baxmayaraq, bu islahatlar təsdiqlənəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar