Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda canavarlar kəndə hücum edib


Son vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir. Növbəti belə hücum İsmayıllının Gülyan-Müdri yaylağında qeydə alınıb


PİA.AZ-ın lent.az-a istinadən məlumatına görə, hadisə ötən gün səhər saatlarında baş verib. Xeyli canavar Paşayev Alxan Dədəxan oğluna məxsus 1500 qoyunun olduğu sürüyə hücum çəkib. Ərazidə olan 6 çobanın hadisəyə müdaxilə etməsinə baxmayaraq canavarları sürüdən ayırmaq mümkün olmayıb. 

Hadisə yerinə kənd camaatı axın edərək çobanlara kömək ediblər. Edilən bütün cəhdlərə baxmayaraq azğınlaşmış canavarlar xeyli qoyunu parçalayıb. Qoyunlardan 50-si ölüb, 55-i isə xəsarət alıb, 30-a yaxın qoyun isə yoxa çıxıb. Hadisə baş verən ərazidən yeddi baş iribuynuzlu heyvan da ürkərək qaçıb. 

Hazırda heyvanların axtarışı davam edir. Artıq rayon rəhbərliyi və baytarlıq idarəsi məsələ ilə bağlı məlumatlandırılıb. İsmayıllı rayon İcra Hakimiyyəti rayon Baytarlıq İdarəsi ilə birlikdə yırtıcılara qarşı profilaktik tədbirlər görməyə başlayıb. 

Qeyd edək ki, son vaxtlar bu ərazilərdə belə hallar tez-tez baş verir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır 

Anasından gülab istəyən Əsna ölümə tələsib: 11 yaşlı qız mələklərin üzünə güldüyünü deyirmiş

Ukrayna Silahlı Qüvvələri Xersona zərbələr endirib, 19 nəfər ölüb

Putin bildirib ki, Rusiya Federasiyasının ixtisaslı əmək miqrantlarına ehtiyacı var

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib - Video

Rusiya Prezidenti nüvə silahından istifadənin mümkünlüyündən danışıb

Ən çox oxunanalar