Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD zülmü altındakı azərbaycanlılar Bakıya səsləndi: “Bizi qurtarın”



“İraq türkmanları İŞİD terroru qarşısında çətin durumda qalıb. Belə bir vəziyyətdə yardım üçün ağıla ilk olaraq iki ölkə gəlir. Türkiyə və soy-kök baxımından türkmanlara daha yaxın olan Azərbaycan”


PİA.AZ xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Kərkükdə yaşayan türkman jurnalist Özdemir Hürmüzlü bildirib.

Onun sözlərinə görə, türkmanlar aylardır İŞİD zülmündən əziyyət çəkir: “Bir çoxları köçüb gedir, bir çoxları isə İŞİD tərəfindən öldürülüb. Biz təbii olaraq yanımızda olanlardan dəstək gözləyirik. Yanımızda olan Bağdad hökuməti heç bir yardım etmir. Bizim ümidimiz qan qardaşlarımız olan türklərdir. İlk növbədə Türkiyədən yardım gözləyirik.
 
Amma Türkiyənin xarici siyasətində türkmanlarla bağlı məsələlər, demək olar ki, yoxdur. Buna görə də Türkiyədən yalnız humanitar yardım almışıq. Bizim ümid etdiyimiz əsas ölkələr sırasında Azərbaycan birinci yerdədir. Çünki İraq türkmanları kök, mədəniyyət, dil baxımından azərbaycanlılara daha yaxındır. Azərbaycana gedərkən biz özümüzü evimizdəki kimi hiss edir, Bakıda olarkən sanki Kərkükdəyik kimi qəbul edirik. 8 aydır məruz qaldığımız İŞİD zülmünə qarşı Azərbaycan bizə yardım etməlidir. Biz öz qardaşlarımızdan bunu gözləyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar