Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğalçının cilovu çəkilməsə, müharibənin fitili çəkiləcək


Qarabağın həllini 30 ildir əlçatmaz edən tək səbəb; Rusiyaya Ermənistan yox, bütöv region lazımdır; rəsmi Bakıdan daha bir müharibə xəbərdarlığı gəldi...


Dağlıq Qarabağ mövzusu dünya gündəmində hələ ki öncül yerdə olmasa da, münaqişə ətrafında durum həyəcan təbili çalmaq və narahat olmaq üçün yetərli əsaslar verir. Çünki 30 ilə yaxındır gah alovlanan, gah da közərən konflikt təzədən partlayış həddinə gəlib çatıb və qlobal güclərin regiondakı maraqları üçün də böyük təhdid vəd eləməkdədir.

Söhbət öncəliklə Qərblə Rusiyanın bölgədə toqquşan maraqlarından gedir. Təsadüfi deyil ki, bir sıra siyasi təhlilçilər növbəti Qarabağ müharibəsinin təkcə Güney Qafqazla əhatələnməyəcəyi barədə xəbərdarlıqla çıxış etməkdədir.

***

“Dağlıq Qarabağda münaqişənin alovlanması qlobal müharibəyə gətirib çıxara bilər”. Bu barədə virtualaz.org-a akademik, Ukrayna İqtisadi Elmlər Akademiyasının prezidenti Anatoli Peşko ErmənistanAzərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsini şərh edərkən deyib. Onun qənaətincə, bu münaqişə qlobal hökmranlıq əldə etmək istəyən ölkələr tərəfindən yaradılıb. Yəni maraqların toqquşması.

“Hazırda Rusiya və Birləşmiş Ştatlar arasında ciddi mübarizə gedir və Qarabağda vəziyyət kəskinləşərsə, maraqlı tərəflər AzərbaycanErmənistan xalqlarının maraqlarını nəzərə almayacaqlar”, - deyə ukraynalı ekspert əminliklə qeyd edib.

Bu, doğrudan da belədir. Qarabağ ixtilafı həqiqətən də xaricdən, daha çox da Rusiyadan körüklənən bir problemdir. Aydın məsələdir ki, Moskva konflikti körükləməsəydi, problem yalnız Azərbaycanla Ermənistanın öhdəsinə qalsaydı, o, çoxdan həllini tapmışdı. Təəssüf ki, Qərb - ABŞAvropa da ixtilafla bağlı heç də həmişə ədalətli mövqe tutmur ki, bu da onun daha da uzanmasına səbəb olur. ATƏT-in Minsk Qrupu həmsədrliyi isə məhz bölgədə maraqları toqquşan qlobal gücləri təmsil elədiyi üçün sülh danışıqlarında illərdir heç bir irəliləyiş yoxdur.

***

Başqa bir mühüm səbəb əlbəttə ki, işğalçı Ermənistanın arxasında Rusiyanın durmasıdır. Sirr deyil ki, şimal qonşumuz, faktiki, Ermənistanla işğal ortaqlarıdır. Özü də Rusiya artıq təkcə Azərbaycan ərazilərinin deyil, qonşu Gürcüstan və Ukrayna ərazilərinin bir hissəsinin işğalını həyata keçirmiş bir ölkədir. Ayrı sözlə, işğalçılıq bu ölkənin xarici siyasətinin qayəsindədirsə, o zaman onun özündən bu problemlərin həllində ədalətli vasitəçilik ummağa dəymir.

Problem də budur: postsovet məkanında etnik-ərazi münaqişələrinin meyarı olan Rusiyadan bu konfliktlərin həllində konstruktivlik gözləmək. Ukraynadakı dramatik hadisələr (Krım, Donbas) göstərdi ki, Moskva postsovet məkanında konfliktləri nəinki yoluna qoymaqda maraqlı deyil, hətta yenilərini yaratmaqla suveren ölkələrə qarşı daha güclü təzyiq-təhdid rıçaqları əldə eləməyə çalışır.

Yeri gəlmişkən, bir neçə gün öncə gürcü qaynaqları xəbər yaydı ki, Rusiya işğal elədiyi Cənubi Osetiya bölgəsinin “sərhədi”ni tədricən Gürcüstanın daxilinə doğru irəli çəkməklə Ermənistana quru yolu açmağa çalışır. Gürcü politoloqlara görə, əsas hədəf yeni Qarabağ savaşı başlayacağı təqdirdə öz hərbi forpostu ilə birbaşa quru əlaqəsinə malik olmaq və Ermənistana rahat şəkildə silah-sursat keçirməkdir. İddialara görə, Rusiya 2008-ci ildə Gürcüstana qarşı 5 günlük müharibədə bu hədəfinə çatmayıb və ona gec-tez çatmaq niyyətindədir.

***

Bu iddialarda gerçək payı az deyil. Hər halda, faktdır ki, Kreml keçmiş SSRİ ərazisindəki konfliktləri qətiyyən yoluna qoymaqda deyil, onları öz maraqları çərçivəsində idarə etməkdə maraqlıdır. Belə görünür ki, Ermənistana “quru dəhlizi” açmaqda başlıca hədəf də münaqişənin çözümünə yardımçı olmaq yox, onun həllini qəlizləşdirmək, Azərbaycan tərəfindən işğalçının cəzalandırılmasını önləmək, onu iqtisadi blokadadan çıxarmaqdır.

Bir rusiyalı politoloqun dediyi kimi, Rusiyaya bölgədə təkcə Ermənistan yox, Azərbaycan və Gürcüstan da daxil, bütövlükdə bölgə lazımdır. Kremlin bu məkrli planını isə yalnız üç Güney Qafqaz ölkəsi birgə səylərlə, Rusiyaya qarşı ortaq xətt tutmaqla önləyə bilər. Nə yazıq ki, işğalçı Ermənistanın könüllü şəkildə özünü Rusiyaya təslim edib onun forpostuna çevrilməsi bu prosesi qeyri-müəyyən müddətə kimi əlçatmaz edib. Nəticə etibarilə bölgədə müharibə ehtimalı hər gün bir az daha böyüyür.

“Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir”.

Bu sözləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "RİA-Novosti" agentliyinə müsahibəsində deyib. N.Məmmədov bir daha sonra qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır: “Nəticədə 1 milyondan artıq sakin qaçqın və məcburi köçkünə çevrilib. Lakin nədənsə problemi ”dondurulmuş münaqişə" kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir".

Onun sözlərinə görə, nə qədər ki, bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək. Azərbaycan Prezidentinin köməkçisi onu da bildirib ki, Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur. N.Məmmədovun fikrincə, Dağlıq Qarabağdakı “dondurulmuş” münaqişə hər an yenidən alovlana bilər. “Hərçənd ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının lehinə çıxış edirlər, lakin nədənsə birmənalı mövqe nümayiş etdirmirlər. Biz həmsədr ölkələrdən, həmçinin beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik”, - deyə o əlavə edib.

***

Bu, faktiki şəkildə rəsmi Bakının daha bir müharibə xəbərdarlığı deməkdir. O, ilk növbədə Rusiyaya ünvanlıdır. O sadə səbəbə ki, bu gün işğalçı Ermənistanın ipini ən tez və rahat çəkə biləcək yeganə ölkə məhz Rusiyadır. Çəkəcəkmi? Çəkməyəcəksə, o zaman müharibənin fitili çəkiləcək. Çünki müharibənin tək alternativi konstruktiv danışıqlardır. 
AzərbaycanErmənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır”. Bunu da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA-Novosti"yə müsahibəsində deyib. Məmmədyarov qeyd edib ki, müvafiq olaraq, xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar: “Görüş münaqişənin həlli prosesində mühüm elementdir”.

Lakin nazir vurğulayıb ki, bu görüşlər, sadəcə, görüş xatirinə keçirilməməlidir: “Əgər dövlət başçıları səviyyəsində görüş təşkil olunursa, düşünürəm ki, həmsədrlər tərəfindən təklif edilən münaqişənin nizamlanması və onun implementasiyası üzrə planın müzakirəsini təmin etmək lazımdır”.

Təmin ediləcəkmi? Əsas sual da budur və əfsus ki, o hələ ki açıq qalır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar