Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılan “Azəriqaz”-ın direktoru Ruslan Əliyev villasını satışa çıxarıb – Foto    

Bir neçə gün əvvəl işdən çıxarılan “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Səbail rayonu, Badamdar qəsəbəsində evini satışa çıxarıb...

Valyuta.az-a daxil olan məlumatda iddia edilir ki, təxmini dəyəri 1.5 milyon manat olan Ruslan Əliyevə məxsus villa satışa qoyulub. Badamdar qəsəbəsinin ən prestijli yerlərindən birində yerləşən villanın hansı məbləğə və nəyə görə satışa çıxarılması məlum deyil. Üç mərətəbəli villa Badamdar qəsəbəsi, Şıxov çimərliyinə baxan istiqamətdə 15 sot ərazidə yeni inşaa olunub. İşlər tam yekunlaşmasa da, villaya kifayət qədər xərc çəkildiyi görünür.

Vəzifəsindən bu günlərdə azad edilən Ruslan Əliyevin Azərbaycanda və xaricdə bir çox mülk və obyektlərinin olduğu da istisna edilmir.

Mənbə onun xüsusən “Azəriqaz” baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovla birgə bizneslər qurduğunu da deyir. Onların BakıŞamaxı şəhərlərində, Salyanın Qaraçala kəndində evləri, ticarət obyektləri, Salyan rayonu ərazisində istixana kompleksləri, tikinti materialları bazarı, balıqçılıq və heyvandarlıq təsərrüfatları, Şamaxı şəhərinin Çuxuryurd və Məlhəm kəndlərində villaları, Səbail, Xətai və Nərimanov rayonlarında mülkləri mövcuddur.

Qaxın Xal-Xal kəndində yerləşən məşhur “Şəlalə Farel” Ailəvi İstirahət Mərkəzinin də Ruslan Əliyevin olduğu iddia edilir. İstirahət mərkəzinin onun yaxın adamının adına rəsimləşdiyi deyilir.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay