Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq telekanalı girov götürülmüş Rusiya və İsrail vətəndaşının videosunu yayıb

İraqın “Al Rabiaa” telekanalı Rusiya və İsrail vətəndaşı olan tədqiqatçı Yelizaveta Çurkovanın oğurlanmasından sonra ilk dəfə göründüyü videonu yayıb...

Poliqon xəbər verir ki, 4 ay əvvəl İraqda itkin düşmüş Çurkova kamerada İsrail və Amerika kəşfiyyat orqanlarında işləməsindən danışır və İsraili Qəzza zolağındakı hərəkətlərinə görə tənqid edir.

Telekanal videonun kimdən alındığını və tədqiqatçının hazırda harada olduğunu açıqlamır. Videoda xanım Çurkova iddia edir ki, o, Suriyada İsraillə “ölkənin şimal-şərqində Suriyanın demokratik qüvvələri” arasında əlaqələr qurmaq üçün çalışıb.

Tədqiqatçı bir sıra başqa açıqlamalar verib və ailəsini onun azadlığa buraxılmasını tələb etməyə çağırıb. Qeyd edilir ki, 2021-ci ildə xanım Çurkova Suriya və ya İraqa növbəti səfəri planlaşdırıldığı zaman girov götürülərsə, mübadiləyə qarşı olduğunu söyləmişdi.

İsrail iyul ayında Elizaveta Çurkovanın qaçırıldığını bildirib. O, Rusiya pasportu ilə araşdırma məqsədilə getdiyi İraqda yoxa çıxıb. Xanım Çurkova ABŞ-ın Prinston Universitetində doktorluq dissertasiyası müdafiə etməli və elmi tədqiqatlar aparmalı idi. KİV-in məlumatına görə, o, mart ayında yoxa çıxıb və İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi qolu olan “Əl-Qüds Qüvvələri” tərəfindən yaradılan “Kətaib Hizbullah” qruplaşmasının əlində ola bilər. Eyni zamanda, İsrail öz vətəndaşının taleyinə görə İraqın məsuliyət daşıdığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar