Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın dini rituallarını icra edənlər məsuliyyətə cəlb olunmalıdır... - Politoloq

Şəhidlərin dəfin mərasimlərində İranın dini rituallarını icra edənlər məsuliyyətə cəlb olunmalıdır...

"Çox təəssüf edirəm ki, şəhidlərimizin dəfn mərasimində bəzi qruplar sanki mütəşəkkil formada heç bir zəruriyyət olmadıgı halda sinə vururlar, müxtəlif dini xadimlərin adlarını çəkirlər. Həmişə dediyim kimi, bu sayaq hallar olduqca təhlükəlidir və bu qruplara qarşı hüquqi çərçivədə ölçü götürülməlidir".

Bu fikirləri Ovqat.com-a açıqlamasında politoloq Kamal Əliyev deyib.

Həmsöhbətimiz vurgulayıb ki, İranın ölkəmizdəki şəbəkəsi şəhid mərasimlərində gərəksiz, lüzumsuz hərəkətlər etməklə öz müctəhidlərinə, ayətullahlarına xoş görünmək məqsədi güdürlər:

"Azərbaycan xalqı şəhidlərinə aglayır, imkan verin yasımızı saxlayaq, biz İran şiəliyinin dini rituallarını dinləmək məcburiyyətində deyilik. Mən şübhə etmirəm ki,şəhidlərin dəfn mərasimində sinə vuran, Əbəlfəz, Hüseyn qışqıranlar İrandan və bu ölkənin Azərbaycandakı şəbəkəsi tərəfindən idarə olunur, yönləndirilir.

Əlbəttə,Azərbaycan xalqı müsəlmandır və öz dininə baglıdır. Hətta ateist sovet rejimində belə, xalqımız öz dini ənənələrinə gizli də olsa əməl edirdi. Lakin 90-cı illərdən sonra İran müxtəlif xeyriyyə qrupları ilə Azərbaycana ayaq açdı və bununla da Məşhədə, Quma bağlı şiəlik anlayışını ölkəmizdə təbliğ etməyə başladı. İranın teokratik rejimi öz geopolitik və teopolitik hədəfləri çərçivəsində Azərbaycanı özünün şiə hilalının tərkib hissəsi görür. 

Teokratik İran rejimi istəyir ki, İraqda, Yəməndə və Livanda oldugu kimi Azərbaycanda da öz geosiyasi məqsədləri üçün hər cür ləyaqətsizliyə əl atır. Ələlxüsus, biz İranın Azərbaycana yerli-yersiz müdaxiləsini həm 44 günlük Vətən müharibəsində,həm də müharibədən sonrakı mərhələdə də müşahidə etdik.

Çox sevindirici haldır ki, xalqımız müdrükdür və İrandakı rejimin oyununa gəlmir. Artıq şəhid cənazələrində də insanlarımız müxtəlif dini şüarlarla çıxış edənlərə qarşı öz etirazını göstərməyə başlayıb. Şəhid yaxınları iranyönümlü dindarlara etiraz edir, hətta bəzi hallarda onlara yerlərini göstərirlər. Bəli, bu belə də olmalıdır. Azərbaycan dini dövlət deyil. Bunu İranın ayətullahları da və onların Azərbaycandakı əlaltıları da qəbul etməlidirlər", deyə Kamal Əliyev fikirlərinə yekun vurub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay