Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ali dini liderinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nədən xəbər verir?

Ermənistanın İranın sülh missiyasını rədd etdilkdən sonra Tehranın bu ölkəyə qarşı siyasəti dəyişə bilərmi?..

Politoloq: “ATƏT-in həmsədr ölkələrinin fəaliyyətsizliyi kontekstində qonşu ölkələrin Cənubi Qafqazdakı proseslərdə aktiv diplomatik hərəkətə keçdiklərinin şahidiyik”.

İranın yüksək rütbəli liderlərinin Azərbaycanın leyhinə olan bəyanatları, yəni işğal altında olan torpaqların Azərbaycana qaytarılması bəyanatları həm İran daxilində yaşayan azərbaycanlıların etirazları fonunda, həm də Cənubi Qafqazda Azərbaycanın qələbələri fonunda baş verdi”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın İranın sülh missiyasını rədd etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan İranın sülh təkliflərini rədd edib. Ənənəyə uyğun olaraq Yerevan işğal etdiyi torpaqları qaytarmaqdan imtina edib. Bundan sonra isə İranın Ali dini lideri Əli Xamneyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Bu gün də İran prezidenti bir daha Azərbaycanın ərazi bütövüyünü dəstəklədilkərini bəyan edib.

Ermənistanın İranın sülh missiyasını rədd etdilkdən sonra Tehranın bu ölkəyə qarşı siyasəti dəyişə bilərmi? Xamneyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Rusiya və Türkiyənin birgə sülh prossesinə qoşulmaları Ermənistan tərəfindən qəbul edilməsə də, bu artıq reallıqdır”.

İran prezidentinin nümayəndəsinin Moskvaya və Ankaraya səfərinin Cənubi Qafqazda baş verən hadisələrdən heç bir qonşu ölkənin kənarda qalmaq istəməməsinin göstəricisi olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, region ölkələri öz dövlət maraqlarının burada nəzərə alınmasını istəyirlər:

ATƏT-in həmsədr ölkələrinin fəaliyyətsizliyi kontekstində qonşu ölkələrin Cənubi Qafqazdakı proseslərdə aktiv diplomatik hərəkətə keçdiklərinin şahidiyik. Rusiya və Türkiyənin birgə sülh prossesinə qoşulmaları Ermənistan tərəfindən qəbul edilməsə də, bu artıq reallıqdır. İran prezidentinin nümayəndəsinin Moskvaya və Ankaraya səfəri bir daha onu göstərir ki, Cənubi Qafqazda baş verən hadisələrdən heç bir qonşu ölkə kənarda qalmaq istəmir. Region ölkələri münaqişənin həllində öz dövlət maraqlarının nəzərə alınmasını istəyirlər və çalışırlar ki, həll prossesi onların mövqelərini sarsıtmasın.

Hamıya məlumdur ki, uzun müddət qonşu ölkələr AzərbaycanErmənistan arasında baş verən müharibələrdə Azərbaycanın yanında deyildilər. Onların Ermənistanı iqtisadi cəhətdən gücləndirməsi və Ermənistana etdikləri silah yardımı da yadımızdan çıxmayıb. İndi isə Azərbaycan hərbi əməliyyatlara başlayandan sonra onun ordusunun uğurlarını nəzərə alan İranRusiya kimi dövlətlər davranışlarında bir qədər düzəlişlər etdilər.

Zaur Məmmədov: “Nikol Paşinyanın hakimiyyətdə gəlməsində əsas səbəbkarıardan birinin də İran olduğunu bilirik”.

İranın yüksək rütbəli liderlərinin Azərbaycanın leyhinə olan bəyanatları, yəni işğal altında olan torpaqların Azərbaycana qaytarılması bəyanatları həm İran daxilində yaşayan azərbaycanlıların etirazları fonunda, həm də Cənubi Qafqazda Azərbaycanın qələbələri fonunda baş verdi. Buna görə də Ermənistan açıq-aşkar şəkildə Türkiyənin vasitəçiliyini qəbul etmir, İranın da vasitəçiliyinin dolayı yolla inkar ediblər. Ermənistan həmsədr ölkələrin vasitəçiıiyi əsasında danışıqların davam etdirilməsində maraqlı olduqlarının mesajını verirlır. Bu da o deməkdir ki, Ermənistan təkcə Türkiyəyə deyil, İrana da etibar etmir.

Digər tərəfdən isə Nikol Paşinyanın hakimiyyətdə gəlməsində əsas səbəbkarıardan birinin də İran olduğunu bilirik. Buna görə də Ermənistanın müharibədən sonrakı dövrdə İranla münasibətlərində soyumanının şahidi ola bilərik. Hər halda bütün dövlətlər başa düşməlidirlər ki, Azərbaycan hansı dövlətlərin düşmənə kömək etdiklərini bilir. Buna görə də Azərbaycan üçün bütün ölkələrin real mövqeləri kifayət qədər vacib əhəmiyyət kəsb edir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar