Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub

İranın cənub-şərqindəki Kirman vilayətində baş verən partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

“Kirmanda terror aktı qurbanlarına kömək üçün partlayış yerinə göndərilən 3 xilasedici ikinci partlayış zamanı həlak olub”, - məlumatda bildirilir.

Qeyd edək ki, İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində 103 nəfər ölüb, daha 141 insan yaralanıb.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

Poliqon.info 


Etiket: Terror


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər?

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

İyunda bu günlər təhlükəli olacaq - Xəbərdarlıq

Qurban Qurbanov: Azərbaycan Kubokunun finalında çox ciddi rəqibə qarşı oynayacağıq

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Ən çox oxunanalar