Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran şahının oğlu xalqı aksiyalara qoşulmağa çağırdı

Etirazlar qələbənin açarıdır...

Keçmiş İran şahının oğlu Rza Pəhləvi İran xalqına müraciət edərək onları etirazçıları dəstəkləməyə çağırıb.

R.Pəhləvi bu barədə videomüraciətində bəyan edib.

“Etirazların davam etməsi və tətillər qələbənin açarıdır. Müxtəlif ictimai və siyasi təşilatların, rəssamların, idmançıların, tələbələrin, müəllimlərin, fəhlələrin, təqaüdçülərin xalq etirazını dəstəkləmək üçün koordinasiyası millətin qəti qələbəsinin başlanğıcı olacaq”-deyə şahın oğlu bildirib.
Onun sözlərinə görə, baş yaylığını açdığına görə polis tərəfindən öldürülən gənc qızın qətli ilə bağlı etiraz aksiyaları  2018-ci ildən sonra ən kütləvi aksiyalar olaraq azadlıq yolunda geridönməz nöqtə olub.

R.Pəhləvi deyib ki, kişilərin qadın hüquqları uğrunda etirazları bu nümayişəri İranda baş vermiş əvvəlkilərdən fərqləndirir.

“Kürdüstandan və digər yerlərdən olan həmvətlərimiz arasında ayrı-seçkilik salmağa çalışan hakimiyyətə qarşı birgə dirəniş öz rolunu oynayır. Öldürülən Sinanın adı bu gün xalqın milli həmrəyliyinin simvoluna çevrilib. Sizinlə fəxr edirəm”, deyə  bildirib.

Xatırladaq ki, İranda 22 yaşlı qızın çadradan imtina etməsinə görə döyülüb öldürülməsinə görə 2 gündür etiraz aksiyaları başlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını bildirdi

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

Politoloq: İrandakı seçkilər əvvəlkilərindən heç nə ilə fərqlənməyəcək...

Natiq Miri: ABŞ və İsrailin planı müharibəni dayandırmayacaq...

Ən çox oxunanalar