Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Rusiyadan küsdü, Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi...

İran Rusiyadan onun ərazi bütövlüyünə şübhə etdiyi üçün küsüb və birdən-birə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə başlayıb...

Poliqon Nournews portalına istinadən xəbər verir ki, belə bir bəyanatla İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan çıxış edib.

“Ukraynaya gəlincə, biz hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Bu, beynəlxalq hüquqa əsaslanan bütün ölkələrin əsas prioriteti olmalıdır və təbii ki, biz siyasi dialoq yolu ilə müharibənin bitməsini vurğulamaqda davam edirik", deyə Abdullahyan qeyd edib.

Eyni zamanda, Abdollahiyan brifinqdə qeyd edib ki, Tehran Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə strateji dialoq nəticəsində Rusiyanın imzaladığı bəyanatla bağlı Moskvanın izahatlarını yetərli hesab etmir.

Qeyd edək ki, əvvəllər Rusiya ilə İran arasında İranın ərazi bütövlüyü ilə bağlı gərgiblik olub. Belə ki, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə strateji dialoqun nəticələrinə görə Rusiya, xüsusən də İranın yuxarıda qeyd olunan körfəzdəki 3 adaya sahib olmasının sual altına qoyulduğu bəyanat imzalayıb. İran Körfəzdəki adaların mülkiyyəti ilə bağlı mübahisəyə etiraz edib və Rusiyadan məsələ ilə bağlı “mövqeyini düzəltməsini” istəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanın AXC-nin varisi olmasını Ermənistan niyə təhlükə kimi qəbul edir?

Ən çox oxunanalar