Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Rusiya, Türkiyə və Suriya arasında başlanan dialoqda iştirak etmək istəyir

Tehran Rusiya, Suriya və Türkiyə arasında dialoqa qoşulmaq istəyini ifadə edib...

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya, İran, Türkiyə və Suriya nümayəndələrinin görüşünün detalalrını açıqlayıb.

Poliqon.info xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bu barədə “RİA Novosti” A gentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, xarici işlər nazirlərinin dördtərəfli görüşünün təşkili imkanları nəzərdən keçirilir.

Boqdanov qeyd edib ki, İranın danışıqlara qoşulmasının açarı iki maraqlı tərəf, Türkiyə və Suriyadır və onların razılığı olarsa, İran danışıqlara qoşulacaq. Rusiya xarici işlər nazirinin müavini vurğulayıb ki, dialoqun bütün iştirakçılarının ümumi məqsədi Suriya ətrafında vəziyyətin nizamlanması və bütövlükdə Yaxın Şərq regionunda vəziyyətin sabitləşdirilməsidir.

Rusiya XİN0nin nümayəndəsi onu da qeyd edib ki, təhlükəsizlik qüvvələri ilə diplomatlar arasında təmaslar Suriya və Türkiyə arasında müxtəlif səviyyələrdə danışıqların şərtlərini hazırlamaq üçün nəzərdə tutulub və bu danışıqlar zamanı potensial razılaşmalar əldə olunacaq.

Qeyd edək ki, dekabrın ortalarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Suriya lideri Bəşər Əsədin iştirakı ilə üçtərəfli görüş keçirməyə dəvət etdiyini açıqlamışdı. O qeyd edib ki, dialoqdan əvvəl xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

"Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır?

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay