Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ və Britaniyanı “bölgənin qəzəbinə tuş gəlməməyə” çağırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaxın Şərq dövlətlərinin ərazisində hərbi əməliyyatlar aparan ABŞ və Böyük Britaniyanı “regionun qəzəbinə tuş gəlməməyə” çağırıb...

Poliqon xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumlarını, eləcə də ABŞ-ın İraqSuriyadakı təcavüzünü qətiyyətlə pisləyirik. Regionun qəzəbinə düçar olmayın”, deyə Əmir Abdullahiyan yazıb.

İran diplomatiyasının rəhbəri əlavə edib ki, onun ölkəsi İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini bütün regionun təhlükəsizliyi hesab edir.

Fevralın 4-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib ki, ABŞ və Böyük Britaniya Yəmənin qiyamçı “Ənsar Allah” hərəkatının (husilərin) mövqelərinə hücumları davam etdirərək, bütün regionda təhlükəsizliyi təhdid edir. Kənani ABŞ-ın İraqSuriyaya zərbələrini “strateji səhv” adlandırıb.

Qeyd edək ki, Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəyini bildirib.

Fevralın 4-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husi üsyançılarının beş qanadlı raketini hədəf alaraq Yəmənə növbəti zərbələr endirib. Fevralın 3-də ABŞBritaniya qüvvələri husilərlə əlaqəli 36 hədəfə zərbələr endirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ən çox oxunanalar