Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ-la müvəqqəti sazişdən imtina etdi

İranın BMT-dəki missiyası Tehran və Vaşinqtonun azılaşmaya yaxınlaşması ilə bağlı daha əvvəl mediada yayılan xəbərləri təkzib edib...

İranın BMT-dəki missiyası Tehran və Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) əvəzinə müvəqqəti razılaşmaya yaxınlaşması ilə bağlı daha əvvəl mediada yayılan xəbərləri təkzib edərək, belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.

Poliqon bu barədə İranın Tasnim Agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bir gün əvvəl “Middle East Eye” saytı adı açıqlanmayan iki mənbəyə istinadən bildirib ki, İranABŞ İranda uranın zənginləşdirilməsinə qoyulan məhdudiyyətlərlə bağlı bəzi sanksiyaların ləğvi üçün müvəqqəti razılaşmanın bağlanması ərəfəsindədir.

İranABŞ-ın müvəqqəti razılaşmaya yaxınlaşması ilə bağlı bir sıra xəbərlərin ardınca İranın BMT-dəki missiyası JCPOA-nı əvəz etmək üçün gündəmdə heç bir müvəqqəti razılaşmanın olmadığını açıqlayıb”, deyə "Tansim"in məlumatında qeyd edilir.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin mayında ABŞ prezident Donald Trampın rəhbərliyi altında JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Pris Vyanada irəliləyişi təvazökarlıq kimi qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar