Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadəyə ağır ittihamlar


Ümid Partiyasının sədri İqbal Ağazadə AXCP və Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirak etmək istəməməsinin səbəblərini açıqlayaraq bu partiyaları ittiham edib.


Deputat deyib ki, AXCP və Müsavat sadəcə olaraq namizəd tapıb irəli sürə bilmədikləri üçün seçkilərdə iştirak etməmək haqda düşünürlər. Onun sözlərinə görə, bu partiyalar birlikdə 125 namizəd taparaq parlament seçkilərində irəli sürə bilirlər, amma bələdiyyələrə 17 min namizəd irəli sürmək lazım gəlir ki, bunun üçün də adam yoxdur. Daha sonra əlavə olunub ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində Ümid Partiyası 3154, Müsavat 900, AXCP isə 153 namizəd irəli sürüb. 
 
AXCP və Müsavat barəsində işlədilən bu fikirlərə münasibət bildirib. Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib ki, Müsavat Məclisi bələdiyyə seçkilərində iştirakla bağlı qərar verib və bundan ölkə ictimaiyyətinin xəbəri var. Ola bilsin ki, İqbal Ağazadə bunu bilmir. Ancaq indi əsas məsələ seçkilərdə iştirak deyil, bələdiyyələrin statusu məsələsidir. Bu haqda düşünmək daha vacibdir. Mən Müsavatın bələdiyyə seçkilərində iştirakını dəstəkləyirəm”. İqbal Ağazadənin Ümidi Müsavatla müqayisə edərək daha çox bələdiyyə namizədləri irəli sürdüklərinə gəldikdə İsa Qəmbərin müşaviri deyib ki, əgər ortada gerçək bir seçki yarışmasının olacağına zəmanət verilsə, Müsavat bir dəfə papağını fırlamaqla 30 min namizəd irəli sürər. Müsavatın gücünü kiçiltmək yalnız qısqanclıqdan doğa bilər. Hər şey ortadadır. Onların özünü Müsavatla müqayisə etməsi qüsurludur. Bu gün AXCP istisna olmaqla hər hansı bir partiya özünü Müsavatla müqayisə etməzdən öncə bir qədər fikirləşməlidir. Hər bir insan boynunun ölçüsünü, cibindəki pulun miqdarını, çəkisini, ayaqqabı ölçülərini, başındakı ağılın miqdarı və səviyyəsini bildiyimi kimi hansı gücə malik olduğunu bilir. Mən kimsəyə arzu etməzdim ki, bilərəkdən Müsavatın gücünü görməsin. Əlbəttə, bu təkcə qüsur deyil və burada başqa məqamlarda var. Özlərini bu şəkildə böyüdənlərə uğur olsun. Amma düşünməsinlər ki, Müsavat kiçikdir və sosial dayağı yoxdur. Bir daha qeyd edim ki, Müsavat papağını bir dəfə fırlatsa, on minlərlə müsavatçılar ortaya çıxar”.
 
AXCP funksioneri Nurəddin Məmmədli isə deyib ki, Azərbaycanda ən güclü müxalifət partiyası hesab olunan AXCP bələdiyyə seçkilərində irəli sürməyə namizəd tapmırsa, bəs Ümid bu 3 min namizədi haradan tapıb? Sən hər rayonda 3-4 nəfərə əmək haqqı verirsən, yanında da 5-6 adamın var. Bizim ərazisi işğal olunan istənilən təşkilatımızda bundan çox insan var. Şəxsən mən hesab edirəm ki, bələdiyyə seçkilərinə qatılmalıyıq. Biz hər dəfə namizədliyimizi irəli sürüb parlament seçkilərində iştirak edirik, partiya sədrimizdə prezident seçkilərində bu və ya digər formada iştirak edir. Amma üzvlərimizin bilavasitə seçilmək məsələsi meydana çıxanda boykot ideyası haqda danışılır. Mən bununla razı deyiləm. Həm də bələdiyyə seçkiləri məhəlli seçkilərdir və bu prosesdə daha çox insan iştirak edir. Odur ki, biz seçkidə iştirakın tərəfdarıyıq və lazımı mərhələdə də qərarımızı verəcəyik. Amma indi bələdiyyə seçkiləri haqda danışmaq mənasızdır. Əgər bələdiyyələrə AXCP-nin namizədi yoxdursa, demək, heç kimin namizədi yoxdur da. Bu faktdır. Ona görə də, bunu hansı səbəbdən dediyi, marağının nədən ibarət olduğu mənə bəlli deyil. Bu gün İqbal Ağazadəni parlamentdə oturdub Əli Kərimliyə pasport verilmir. Bu göstərici, kimin, kim olduğunu görmək baxımından kifayət etmirmi?”.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Ən çox oxunanalar