Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan türünü məhvə aparan genetik silah - GMO


GMO-ların insan orqanizminə təsiri əsas müzakirə mövzularından biridir


Bəs görəsən GMO nədir?


GMO - donor orqanizmlərdən arzu olunan əlamətləri idarə edən genlərin köçürülməsi və onların yeni sahib orqanizmdə sintez olunmasıdır. İddialara görə, geni dəyişdirilmiş qidalar rəxitlik, ayaqların tutulması, inkişafdan qalma, sonsuzluq, maddələr mübadiləsinin pozulması, xərçəng və autizm xəstəliklərinə səbəb olur.

Dünyada geni modifikasiya olunmuş məhsulları ərzaq çatışmamazlığını aradan qaldırmaq üçün istifadə edirlər. Əslində normal qaydasında istifadə edilərsə, bu yaxşı haldır. Lakin işbazlar bunun əksini edərək daha çox mənfəətlərini güdürlər.

Fransada genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı  aparılmış bir araşdırmanın nəticələri isə dünyanı şoka salıb. Araşdırmaya görə, iki il ərində GMO-lu məhsullar yedizdirilən siçanlarda şiş, qaraciyər və böyrək xəstəlikləri əmələ gəlib. Eyni zamanda siçanların bəzi orqanlarına ziyan dəydiyi və xərçəng  hüceyrələrinin daha sürətli yayıldığı müəyyən olunub. Gəmiricilər ABŞ şirkəti olan “Monsanto”nun istehsal etdiyi genetik modifikasiya olunmuş qarğıdalı ilə bəslənilmişdi. Siçanların sinəsində yaranan şiş, GMO qidaların insan sağlamlığı üçün nə qədər təhlükəli ola biləcəyini göstərir.

Dünyanın 37-dən çox ölkəsi öz ərazisinə GMO-nu buraxmır amma GMO-ya təslim olan ölkələr də az deyil. Azərbaycanda da GMO-lu  ərzaq məhsullarının istifadəsi geniş sürətdə yayılıb. İstifadə etdiyimiz məhsulların 90-95%-ni genetik modifikasiya olunmuş qidalar, onların əsasında istehsal olunan müxtəlif komponentlər təşkil edir. Həddindən artıq böyük tərəvəzlər və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan meyvələr GMO məhsullarıdır. Böyük marketlərdə diqqət etsək,  orqanik ərzaq bölümündə "qlyutaminsiz un" çeşidi var. Qalan bütün unlar natrium qlyutamin tərkiblidir. Ona görə də indiki unlara bit düşmür. Hətta buğdanın da geni dəyişdirilir.

Azərbaycanda GMO-nu araşdıran iki laboratoriya fəaliyyət göstərir, ancaq  bu günə kimi onların heç bir fəaliyyəti, mübarizəsi gözə dəymir. Onun üçün bütün qida texnologiyalarına ciddi əməl olunmalıdır. Texnoloqlar nəzarəti təkcə kağız üzərində aparmamalıdırlar. Əslində qanunla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istədiyi məhsulun tərkibini yoxlayaraq qadağa qoya bilər amma çox vaxt lisenziyanı şərti məhsulun analizi ilə verirlər.

Əslində hamımız zərərini bilə-bilə yenə də GMO-lu qidalardan istifadə edirik və hardasa başqa əlacımız da yoxdur. Bir sözlə, insanlar qıtlığı aradan qaldırmaq üçün istifadə edilən çoxluqdan ölürlər.

Onu da qeyd edim ki, Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qadağan olunub. GMO-lu məhsulları idxal edən, satan və istehsal edənləri 2 ildən 7 ilədək həbs gözləyir. 2012-ci ilin fevralında qəbul olunan “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsi ilə Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağan olunub. Bu sənədə əsasən, GMO bitkilər qanundan kənardırlar.

Azərbaycanda “GMO məhsullar haqqında” qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyildi. Lakin 2015-ci 28 aprel tarixində Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qadağan olundu.

Bir daha xatırladıram ki, GMO-lu məhsulları idxal edən, satan və istehsal edənləri 2 ildən 7 ilədək həbs gözləyir. Amma buna baxmayaraq Azərbaycan vətəndaşları kütləvi şəkildə genetik terrora məruz qalmaqda davam edirlər.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar