Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan bədənindəki bu hissələr yox olacaq - Siyahı


Zaman irəlilədikcə içində yaşadığımız təbiət dəyişir və deməli biz də dəyişirik. Hal-hazırkı bədən quruluşumuz yaşadığımız ətraf aləmlə ayaqlaşmaq üçün bəzi dəyişikliklərə artıq başlayıb


Mütəxəssislər günümüzün həyat şərtlərini nəzərə alıb gələcəkdə bədənimizdə baş verəcək 10 dəyişikliyi təqdim edir:

Üçüncü göz qapağı

Xüsusən pişiklərdə ağ rəngli, gözün bir qismini qapayan üçüncü göz qapağı, gözü toz və zərərli hissəciklərdən qoruyur. İnsanlarda olduqca kiçik bir qalıntı şəklində olan üçüncü göz qapağı bəzi insanlarda daha diqqətə çarpandır.

Palmaris əzələsi
 

Dirsəkdən biləyə doğru uzanan incə bir əzələdir. Günümüzdə dünya əhalisinin yüzdə 11-də bu əzələ artıq yoxdur. Bu əzələ yalnız bir şeyi asmaq istədiyimizdə və ya harasa dırmandıqda bizə faydalı ola bilir.

Ağıl dişləri

 

Ağıl dişləri çıxarkən son dərəcə ağrıya səbəb ola bilir. İlk insanlar bitki ilə qidalandıqda qidanı yaxşı çeynəməyə ehtiyac hiss edirdilər. Ancaq bəzi toplumlarda ağıl dişləri olan insanlar çox az saydadır.

Cutis Anserina əzələsi

 

Bu əzələlər məməlilərin saç folikulları ilə əlaqəsi olan kiçik əzələləridir. Heyvanların soyuqdan qorunan zaman, ya da təhlükə qarşısında tüklərini şişirtmələri bu əzələlərin sayəsində mümkün olur. Qalxan tüklər havanı dəri və tük arasında sıxışdıraraq istilik yaradır. Həm də heyvana qorxunc görünüş verir. Əyninə paltar geyinən müasir insana bu tük əzələləri qətiyyən lazım deyil.

Quyruq sümüyü

 

Quyruq sümüyünün quyruq rudimentini təmsil etdiyi hesab olunur. Bir zamanlar mövcud olan insan quyruğunun qalıntısıdır. Bir çox məməlidə olduğu kimi, müvazinəti və əlaqəni saxlamaq üçün vacib bir bədən hissəsi ikən indi insanlar bu sümüyü gələcəkdə yox olacaq bir parça kimi gəzdirirlər.

Ayaq barmaqları


Alimlər keçmişdə insanların müvazinəti saxlayıb qaça bilmələri üçün ayaqlarının orta xəttini istifadə etdiklərini kəşf ediblər. Günümüzdə dırmanmağa və bənzər fəaliyyətlərə görə ayaq barmaqlarına ehtiyacımız yoxdur. Biz yalnız ayağımızın sağ tərəfini daha çox yerə basırıq.

Kişilərdə döş gilələri

 

Kişilərdə döş gilələri dölün yaranma mərhələsində, hələ cinsiyyətin ortaya çıxmadığı mərhələdə formalaşır. Qadınlarda uşaq əmizdirmə funksiyası olan, prolaktin ifraz edən bu hissə kişilərdə funksional olmadığı üçün orqanizmdən yox ola bilər.

Apendisit

 

Apendisitin keçmişdən bol miqdarda yarpaq tərkibli qidaların qəbulu zamanı gərəkli olduğu ortaya çıxıb. Günümüzdə heyvan proteinli qidalanma tərzi apendisiti lazımsız edir.
 
Bədən tükləri

 

İnsan bədənindəki tüklər cinsi yetişkənlik dönəmində yaranır. İlk insanlarda şimpanzelərdəki qədər tük olduğu güman olunur. Belədirsə heç bir şeyə xidmət etməyən bədən tüklərinin zamanla tamamən yox olacağı düşünülür.

Qulaq seyvanı

 

Qulaq seyvanı qulağı əhatə edən üç əzələdən ibarətdir. Dovşanlar və itlər kimi bəzi heyvanlar qulaqlarını bu əzələlər sayəsində rahat şəkildə hərəkət etdirə bilirlər. Çox az insanda bu əzələlər var. Buna görə də, bəzilərimiz qulaqlarını tərpədərkən, bəzilərimiz bunu edə bilmir.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar