Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnqilab Keşikçilərinin generalı prezidentin həbsini tələb etdi

İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan və bütün ölkəni bürüyən üsyanın yatırılmasından sonra İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda bu korpusun bölmələrindən birinin komandiri olan general Məhəmməd Əli Cəfəri prezident Həsən Ruhaninin həbsini tələb edib...

General Ruhaninin və onun administrasiyasının üzvlərinin məhkəməyə cəlb edilməli olduğunu deyib. “Tasnim” agentliyi bildirir ki, general Cəfəri ölkəni büümüş etirazlara görə məsuliyyətin prezident və administrasiyasının üzərində olduğunu bildirib. “O və məmurları xalqın ehtiyacları ilə maraqlanmadılar”,-Cəfəri deyib.

İranda xidmətdə olan generalın prezidentə qarşı bu cür çıxış etməsi nadir hadisədir.Məhəmməd Əli Cəfəri 2019-cu ilin əvvəllərinə qədər qüdrətli İnqilab Keşikçiləri Korpusuna komandanlıq edib, lakin daha sonra hansısa əməliyyatın uğursuz alınmasına görə vəzifəsi kiçildilib və korpusun bölmələrindən birinə komandir təyin edilib.

Cəfəri prezident administrasiyasını bacarıqsızlıqla ittiham edərək deyib ki, hökumətin benzinin bahalaşması barədə son qərarı həm mahiyyətcə, həm icra baxımından uğursuz idi. Çünki hökumət bu addımın xalqın güzəranına təsirini hesablamamışdı və aztəminatlı ailələrin bahalaşmadan zərər çəkməməsi üçün əvvəlcədən tədbirlər görməmişdi. “Məmurlar məhkəmə qarşısında cavab verməlidir”,-general bildirib.

Beynəlxalq insan haqları təşkilatlarının bildirdiyinə görə, İranda bir neçə gün davam edən etirazlar zamanı 200-dən çox adam öldürülüb. Minlərlə etirazçı həbs edilib. İran hakimiyyəti etirazları yatırmaq üçün ifrat güc tətbiq edib, eyni zamanda etirazçılar yüzlərlə bank şöbələrini, benzindoldurma stansiyalarını və digər ictimai obyektləri yandırıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay