Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnboks yazılarını paylaşan qadınlar

Aliyə yazır


Tipik bir sosial şəbəkə mövzusudur:
 
Qadın hamıya açıq olan profil şəkli ilə, rahatca ayarlaya bildiyi mesaj qəbul etmə imkanları ola-ola kişilərdən aldığı tanışlıq mesajlarından gileylənir. Hətta bəzən kişinin tanışlıq çabalarını, yalvarışlarını hamıyla paylaşır.
 
Məlumatları, fotoları hər kəsə açıq olan xanım bir kişinin ona inboksda yazdığı özəl mesajları hər kəsə yayır. Özü də bu mesajları Facebook gözə soxmur - “Digərləri” adlı qutuda saxlayır.
 
Bəs belə olan halda bir mesaj qadını niyə narahat etsin ki?
 
Gün kimi də aydın məsələdir ki, kişilərin qadınlara, qadınların da kişilərə ehtiyacı var.
 
Bəs bu qaraqışqırıq nədir?
 
Və bir kişinin qadınla tanış olmaq istəməsində anormal olan, tərbiyəsiz olan nədir ki?
 
Əlbəttə, xırda məsələdir, zamanla həll olunandır. Amma bunu oxumuş-bilmiş, köşə yazıb dərs keçən insanlarda da görəndə məsələnin bir balaca ictimai qatı olduğunu düşünürsən.
 
Kiçik bir nüans cinslər arası münasibətdə tərəflərin komplekslərini açır.
 
Qadınlar kişilərdən gördükləri ikinci dərəcəli münasibətin qisasını alır. Hərçənd, bu kişilər nəqliyyatda onlara yer verir.
 
Qadınlar onlara təyinatı bəlli obyekt kimi yanaşılmasını istəmir. Düşünüb müzakirə apardığı məkanda bu onu qıcıqlandırır. Amma burdan da bir sual yaranır, bəs onda niyə düşünmür ki, bu təbii haldır. Və status yazınca sosial şəbəkə hesabını nizamlamır?
 
Olduqca maraqlıdır.
 
Bu qəzəbin kökü nədədir?
 
Bu halı tipik saymaya bilərsiniz. Amma tanışlıq üçün küçədə qıza yanaşan oğlanların təhqirlə qarşılaşdığını görürdüm. Hətta olduqca ədəblə yanaşıb birgə yol getməyi təklif edəndə belə.
 
Bəlkə qızlar bu yanaşmanı individual yox, kütləvi sayır və bu kütləvi münasibət onları qıcıqlandırır?
 
Yoxsa bu davranış bir qaydadır?
 
Bəlkə də daha dərin bir məsələ var: tanışlıq mədəniyyətinin, kultunun olmaması. Daha düzü, milli tanışlıq ənənələrinin bu günlə toqquşması.
 
Axı nənələrimiz görücülük üsulu ilə tanış olub, tanışlıq üçün həmişə ortaq tanışa ehtiyac olub. Bu ortaq tanış kitab, musiqi, iş, ümumiyyətlə mövzu olacaq hər hansı bir əşyanın rolunu oynayıb. O ortaq tanış yoxdur. Ümid kişilərin öz yaradıcılığına qalıb. Onlarsa bu barədə əliboşdur.
 
Tanışlıq üçün müasir dünyanın bu qədər vasitələr yaratdığı, hər kəsin əlçatan olduğu bir zamanda.
 
Sonda bonus olaraq qəzəbli xanımlardan özümü yuxarı tutmayım deyə, “Digərləri” arxivimdən bir cümləlik mesajı diqqətinizə çatdırıram:
 
“Sene gore başka birini qisqandigna gore oldurub iceri duşen oglanin yanina gedib gelerdin ??”(kulis)
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

Ən çox oxunanalar