Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədovun statusu müxalifəti bir-birinə vurdu

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun seçki ilə bağlı statusu müxalifət düşərgəsində etirazla qarşılanıb.

Yenisabah.az xəbər verir ki, İlqar Məmmədov boykot tərəfdarlarını “erməni əlaltısı” adlandırıb. “Məhkəmədə bərabəri görünməyən qələbələr qazanıb bir il öncə azadlığa çıxdım. Avropa məhkəmə sistemini rüsvayçılıqdan xilas edən Fransa prezidentindən tutmuş REAL fəallarına qədər hər kəsə təşəkkürümü bildirdim. Sonra cəmiyyət qarşısında sual qoydum: “Millətimizin yolunu inqilabi seçki ilə açacağıq, yoxsa ürəyinizdən öyrəşdiyimiz şikayət və saxtakarlıqlar keçir?

Öz cavabımı bilirsiniz: seçkimizin yolunda kim hansı pozada dursa erməni işğalçısının əlaltısıdır. İstər şikayətçi-boykotçu pozasında, istər saxtakar pozasında.

Unutmayaq, kimin səs sayması vacib deyil, kimin ayağa qalxaraq o səsi qoruması vacibdir”, - REAL sədri “Facebook” səhifəsində yazıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının bu məsələyə münasibəti isə daha sərt olub:

“İlqar Məmmədov həbsdən çıxdıqdan sonra, hər dəfə danışanda özünü ictimai rəydə necə nüfuzdan saldığının fərqində deyil. Doğurdanmı REAL- da bir adam tapılmır ki, buna necə danışmaq lazım olduğunu öyrətsin?!

İndi də durub iddia edir ki, kim "seçkiyə şikayətçi - boykotçu pozasında gedəcəksə, ermənilərin əlaltısıdır." Belə çıxır ki, sərbəst seçki mühitinin olmadığı bir şəraitdə, seçkinin əvvəlki kimi total saxtalaşdırılacağına etiraz edən müxalifət baykot qərarı verərsə, bu ermənilərin istəyi olacaq. O halda məntiqlə belə çıxır ki, ermənilər Azərbaycanda demokratik seçkilərin keçrilməsini istəyir.

Digər məntiqi nəticə budur ki, Amerikanın, Avropanın idarə edə bilmədiyi müxalifəti ermənilər idarə edir. Bu artıq təkcə qərəz deyil, həm də qeyri-ciddilikdir. Saxtakarlığa görə seçkiyə inanmadığı üçün səsverməyə getməyən insanlar da eyni məntiqlə ermənilərin əlaltısı kimi damğalanırlar bu bəyanatla.

İqtidar adətən müxalifəti dolayı yollarla ermənilərin dəyirmanına su tökməkdən ittiham edirdi, bu adam isə birbaşa əlaltı damğasını vurur”.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar