Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask postunu təhvil verdi: “Twitter”in yeni CEO-su kimdir?

Twitter”ə qadın direktor təyin edilib...

“Twitter”i 44 milyard dollara satın alan İlon Mask nəhayət CEO kreslosunu təhvil verib. 

“Twitter”ə qadın direktor təyin edilib. 

Yeni CEO ABŞ-də televiziya sahəsində çalışan, eyni zamanda film və kitab yazarı olan Bess Kalbdır. Bess Kalb “The New Yorker” jurnalında jurnalist və televiziya proqramı aparıcısı kimi fəaliyyət göstərir. 

Yeni vəzifəsi barədə Kalb öz “Twitter” hesabından açıqlama verib. 

“Nəhayət bəyan edə bilərəm: “Twitter”in yeni CEO-su olmaqdan qürur duydum. Açıq desəm, hələ də şokdayam. Çox həyəcanlıyam”, - deyə o qeyd edib. 

Xatırladaq ki, daha öncə bu barədə danışan Mask “Twitter”də onu əvəzləyəcək şəxslə bağlı maraqlı ifadə işlətmişdi. “Yerimə keçəcək bir axmaq tapanda CEO vəzifəmi tərk edəcəm. Bundan sonra ancaq proqram təminatı və server komandalarını idarə edəcəm”, - deyə bildirmişdi. 

Qeyd edək ki, Maskın izləyiciləri arasında vəzifəsindən gedib-getməməsi ilə bağlı keçirdiyi sorğuda respondentlərin 57,5 ​​faizi və ya 10 milyondan çox istifadəçi Maskın istefa verməsini istəmişdi.

pia.az


Etiket: İlon Mask


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar