Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Vyetnam kommunistlərini qəbul edib




Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 13-də Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


PİA.AZ AzərTAc-a istinadən bildirir ki, Vyetnam Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd etdi. 

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin də Azərbaycan ilə Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığımızın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirdi. Le Honq Anh Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğuladı. Qonaq Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verdiyini dedi. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

***

Bu gün Azərbaycanın baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Trend"-nın məlumatına görə, görüşdə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak ediblər.

Görüşdə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu səfər xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən qonaq qeyd edib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər. Qonaq gələcəkdə ölkələr və partiyalar arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ən çox oxunanalar