Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki nəfərin qətlində təqsirləndirilən şəxs: "Əməlimdən peşmanam"

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rauf Hüseynov ifadə verib.

O, qətli qarşı tərəfin söyüş söyməsi səbəbindən törətdiyini deyib:

"Mən dostum Ceyhunun Nizami rayonu Keşlə qəsəbəsindəki evində kirayədə qalırdım. Xəyal və yanında tanımadığım şəxs pəncərəni döyərək söyüş söyməyə başladılar və Ceyhunla məni çölə çağırdılar. Əvvəldən ədavətimiz var idi. Qonşuluqda xanımlarımız olduğu üçün çölə çıxıb söyüş söyməmələri və sakit olmalarını tələb etdim. Lakin onlar buna məhəl qoymayaraq mənə yumruq atdılar. Yumruq vuran zaman Xəyalın əlində kiçikölçülü armaturun olduğunu gördüm. Üzərimdə olan bıçaqla ona yüngül xəsarət yetirdim, daha sonra qonşular bizi araladı. Təxminən 1 saat sonra həmin adamlar 7 nəfərlik qrupla həyətimizə hücum etdilər. Pəncərələri qırdılar. Hamısının əlində beysbol ağacı var idi. Onlardan biri mənim anamı həmin taxta ilə başından vurdu. Digər yoldaşımızın da taxta ilə başından vurdular. Mən də özümü müdafiə etmək üçün tanıdığım Xəyal adlı şəxsi vurdum. Əməlimdən peşmanam".

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Poliqon.info 


Etiket: Cinayət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Ən çox oxunanalar